HA
Honours Academy

Partnyorlarla İş üzrə Mütəxəssis

14 saat əvvəl yerləşdirilib Mənbə: jobsearch.az ↗
Aylıq maaş
Maaş göstərilməyib
Müraciət et
Kateqoriya
Müştəri xidməti

Vəzifə haqqında

Vəzifə haqqında:

  • “Honours Academy” korporativ tərəfdaşlıq şəbəkəsinin genişləndirilməsi və müştəri münasibətlərinin idarə edilməsi istiqamətində çalışacaq, nəticəyönümlü “Partnyorlarla İş üzrə Mütəxəssis” axtarır. Bu vəzifə şirkətlərin təlim ehtiyaclarının analizi, fərdi təkliflərin hazırlanması və tərəfdaş məmnuniyyətinin təmin olunmasında əsas rol oynayır. 

Əsas öhdəliklər:

  • Korporativ müştərilərlə ilkin əlaqələrin qurulması və təlim proqramlarının təqdim edilməsi;
  • Müştəri ehtiyaclarına uyğun fərdi təlim təkliflərinin hazırlanması və icrasına nəzarət;
  • Korporativ qeydiyyat və yönləndirmə proseslərinin idarə edilməsi;
  • Tərəfdaşlarla davamlı kommunikasiyanın saxlanılması və operativ dəstəyin göstərilməsi;
  • Təhsil və marketinq komandaları ilə koordinasiyalı şəkildə layihələrin vaxtında icrası;
  • Potensial müştəri bazasının, yazışmaların və təkliflərin qeydiyyatı/izlənilməsi;
  • Partnyor şirkətlərlə birgə tədbir, seminar və networking görüşlərinin təşkili;
  • Tələbələr və partnyor qurumlar arasında peşəkar əlaqələrin qurulması.

Tələblər:

  • Biznes, Marketinq və ya Kommunikasiya sahəsində Ali təhsil;
  • B2B satış və ya korporativ müştərilərlə iş sahəsində minimum 1 il təcrübə;
  • Yüksək təqdimat, danışıqlar aparma və kommunikasiya bacarıqları;
  • Təşəbbüskarlıq, planlama və eyni anda bir neçə layihəni idarəetmə qabiliyyəti;
  • Ofis proqramları ilə sərbəst işləmək bacarığı;
  • Müştəri tələblərindən asılı olaraq çevik iş saatlarına uyğunlaşma imkanı;
  • Azərbaycan və ingilis dilində güclü yazılı və şifahi ünsiyyət bacarığı;

Təklifimiz:

  • Peşəkar və dəstəkləyici komanda mühiti;
  • Dinamik iş prosesi və geniş networking imkanları;
  • Rəqabətli əməkhaqqı və performansa əsaslanan bonus sistemi;
  • Karyera inkişafı və yüksəliş perspektivləri.

İş qrafiki:

  • Günlər: Bazar ertəsi – Cümə (5 iş günü);
  • Saatlar: 10:00 – 19:00.
  • Kampaniya, tədbir və xüsusi layihə dövrlərində iş qrafikində ehtiyaca uyğun dəyişiklik edilə bilər.

Əməkhaqqı:

  • Əməkhaqqı namizədin bilik, bacarıq və təcrübəsinə əsasən qarşılıqlı razılaşma əsasında müəyyən ediləcəkdir.

CV və qısa motivasiya məktubunuzu mövzu hissəsində “Partnyorlarla İş üzrə Mütəxəssis” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Oxşar vakansiyalar

: