UnicapitalUnicapital

Pərakəndə satış və xidmət şöbəsinin mütəxəssisi

15 saat əvvəl yerləşdirilib Mənbə
Müştəri xidməti
Aylıq maaş
Maaş göstərilməyib
Son müraciət tarixi
31 iyul 2026
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

Vəzifə öhdəlikləri 

  • Cəmiyyətin pərakəndə müştərilər üçün nəzərdə tutulmuş məhsul və xidmətlərinin satışını təmin etmək;
  • Cəmiyyətin müştəriləri qarşısında müsbət korporativ imicini formalaşdırmaq;
  • Müştəri sorğularının Cəmiyyətin aidiyyəti struktur bölmələri tərəfindən cavablandırılmasını təşkil etmək;
  • Pərakəndə müştəri bazarını araşdırmaq, yeni məhsullar haqqında məlumatları toplamaq və uyğun yeni təkliflər vermək;
  • Mövcud məhsul xidmət şərtlərinin bazara uyğunluğunu qiymətləndirmək və tələbata uyğun olaraq yeni kampaniyaların keçirilməsi ilə bağlı təkliflər hazırlayaraq Rəhbərliyə təqdim etmək;
  • Pərakəndə müştərilərə birbaşa satış prosesini həyata keçirmək;
  • Cəlb edilmiş müştərilərin xidmət nöqtələri üzrə bölgüsü və xidmətin sona qədər aparılmasını təqib etmək;
  • Müştəri məlumatlarının daxili elektron məlumat bazasına işlənilməsi;
  • Müxtəlif işçi qrupların tərkibində fəaliyyət sahəsi üzrə iştirak etmək;

Vəzifə üzrə tələblər

  • Ali iqtisadi təhsil;
  • Müvafiq sahə üzrə 1 ilə qədər iş təcrübəsi;
  • Şirkətin məhsul və xidmətlərinin bütün növlərini bilmək;
  • İnvestisiya fəaliyyətinin və iqtisadi nəzəriyyənin əsaslarını bilmək;

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Unicapital
Unicapital
Maliyyə və sığorta fəaliyyəti

Nizamnamə kapitalı 100%-lik Unibank KB ASC-yə məxsus olan Unicapital İnvestisiya Şirkəti, 2007-ci ildən qiymətli kağızlar bazarında böyük təcrübəsi olan və Azərbaycan qiymətli kağızlar bazarında…

Oxşar vakansiyalar

Hamısına bax