Pərakəndə satışın təşkili şöbəsinin satış təmsilçisi
İş rejimi Tam ştat Təcrübə 1–3 il Kateqoriya Satış
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Vəzifə haqqında
Vakansiyanın təsviri
- Təhkim olunduğu region üzrə pərakəndə satış nöqtələrini mütəmadi ziyarət etmək.
- Müştərilərdən sifarişləri qəbul etmək, satış planına uyğun sifarişlərin formalaşdırılmasını təmin etmək.
- Şirkətin məhsullarının satışını artırmaq, yeni müştərilər cəlb etmək və mövcud müştəri bazasını inkişaf etdirmək.
- Məhsulların satış nöqtələrində düzgün yerləşdirilməsinə, vitrin və rəf düzülüşünə (merçandayzinq qaydalarına) nəzarət etmək.
- Satış nöqtələrində məhsul ehtiyatını izləmək, məhsul çatışmazlığının qarşısını almaq üçün tədbirlər görmək.
- Şirkətin qiymət, endirim və marketinq kampaniyalarının satış nöqtələrində düzgün tətbiq olunmasını təmin etmək.
- Rəqib şirkətlərin qiymətləri, məhsulları və bazardakı fəaliyyəti barədə məlumat toplamaq və rəhbərliyə təqdim etmək.
- Gündəlik, həftəlik və aylıq satış hesabatlarını hazırlamaq və təqdim etmək.
- Debitor borclarının vaxtında yığılmasına nəzarət etmək və müştərilərlə hesablaşmaların aparılmasına dəstək vermək.
- Müştərilərin müraciətlərini, şikayət və təkliflərini qəbul etmək, onların operativ həlli üçün aidiyyəti şöbələrlə əməkdaşlıq etmək.
- Satış planlarının və müəyyən edilmiş hədəflərin yerinə yetirilməsini təmin etmək.
- Şirkətin daxili qaydalarına, etik davranış normalarına, əməyin mühafizəsi, təhlükəsizlik və sanitariya tələblərinə riayət etmək.
- Rəhbərlik tərəfindən verilən və vəzifəsi ilə bağlı digər tapşırıqları yerinə yetirmək.
Xüsusi tələblər
- Vakansiya bəy namizədlər üçün nəzərdə tutulub;
- Satış sahəsində minimum 1 (bir) il iş təcrübəsi;
- Spirtli içkilər kateqoriyası ilə iş təcrübəsi;
- Bakı və Bakı ətrafı əraziləri tanıması və müəyyən müştəri bazasının olması;
GŞZ 
Göygöl Şərab Zavodu ASC