Peşəkar Masajist-Terapist (xanım)
Vəzifə haqqında
Böyüyürük!
Mərkəzimizin fəaliyyətinin genişlənməsi ilə əlaqədar olaraq peşəkar masajist-terapist xanımlar işə dəvət olunur.
İş şəraiti:
* İş qrafiki: Razılaşma əsasında
* Əmək haqqı: 1000-1300 azn
* Ünvan: Xətai m/st. yaxınlığı
Qeyd:
Mərkəzimiz ailəvi masaj-terapiya mərkəzidir. Bu səbəbdən yalnız ciddi, məsuliyyətli və peşəkar fəaliyyət göstərmək niyyətində olan namizədlərin müraciəti nəzərdən keçiriləcək.
Yalnız təcrübəli, masaj-terapiya sahəsi üzrə biliyi olan, həmçinin diplom və ya sertifikat əldə etmiş şəxslərin müraciətinə baxılacaqdır.
Tələblər
* Yaş: 30-50
* Yalnız xanım namizədlər
* Spa və ya masaj mərkəzlərində iş təcrübəsi mütləqdir.
* Müvafiq diplom və ya sertifikatın olması mütləqdir.
* Peşəkar etikaya, məsuliyyət hissinə və ünsiyyət bacarığına sahib olmaq