AA
Aylıq maaş
Maaş razılaşma yolu ilə
- Kateqoriya
- Logistika
Vəzifə haqqında
Təsvir
- Müəyyən layihə istiqamətləri üzrə planlaşdırma üzrə əsas əlaqələndirici kimi çıxış etmək;
- Təsdiqlənmiş Layihə İşlərin Bölünməsi Strukturu (WBS) əsasında hazırlanmış planlaşdırma və nəzarət strukturlarını idarə etmək və nəzarətdə saxlamaq;
- Primavera P6 proqramından istifadə etməklə layihələrin baza planlarını və iş qrafiklərini hazırlamaq, yeniləmək və izləmək;
- Layihə fəaliyyətlərinin icrasını, statusunu və layihə qrafikinə təsirlərini mühəndislik, satınalma, tikinti və digər əlaqəli tərəflərlə koordinasiya etmək;
- Layihə üzrə hesabatları hazırlamaq, təhlil etmək və təqdim etmək;
- Layihələrin ümumi irəliləyişini və əsas mərhələlərin icra vəziyyətini izləmək, planlaşdırılmış göstəricilərlə müqayisəli təhlillər aparmaq;
- Zərurət yarandıqda layihə iclaslarında iştirak etmək və qrafik üzrə risk analizlərinə dəstək vermək.
Tələblər
- Ali texniki təhsil (mühəndislik və ya oxşar sahə üzrə);
- Planlama mühəndisi və ya oxşar vəzifə üzrə minimum 3 il iş təcrübəsi;
- Azərbaycan və ingilis dillərini əla səviyyədə bilmək, rus dili arzuolunandır;
- MS Office proqramları və xüsusilə Primavera P6 üzrə işləmək bacarığı;
- Güclü yazılı və şifahi ünsiyyət bacarıqları;
- Analitik düşünmə və problemi həll etmə bacarığı;
- Təqdimat və koordinasiya bacarıqları;
- Komandada effektiv işləmək və dəyişikliklərə operativ uyğunlaşmaq bacarığı
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.