Azərpoçt MMC PL/SQL Developer
İş rejimi Tam ştat Təcrübə 3–5 il Kateqoriya İnformasiya texnologiyaları
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Vəzifə haqqında
Təsvir
- Analitik və hesabatlıq sistemlərinin hazırlanması, inkişaf etdirilməsi və texniki dəstəklənməsi;
- PostgreSQL (PL/pgSQL) üzrə SQL sorğularının, prosedurların və funksiyaların hazırlanması, optimallaşdırılması və texniki dəstəklənməsi;
- Verilənlər bazasının performansının təhlili və optimallaşdırılması;
- Məlumatların emalı, inteqrasiyası və transformasiyası (ETL prosesləri);
- Biznes tələblərinə uyğun texniki həllərin hazırlanması və tətbiqi;
- Mövcud sistemlərdə yaranan texniki problemlərin araşdırılması və aradan qaldırılması;
- Analitik hesabatlar və dashboardların hazırlanması üçün məlumatların hazırlanması;
- Məlumatların emalı və proseslərin avtomatlaşdırılması məqsədilə Python və ya R proqramlaşdırma dillərindən istifadə edilməsi;
- Texniki sənədləşdirmənin hazırlanması və yenilənməsi.
Tələblər
- İnformasiya texnologiyaları, kompüter elmləri və ya əlaqəli sahə üzrə ali təhsil;
- PostgreSQL (PL/pgSQL) və SQL üzrə minimum 2 il iş təcrübəsi;
- SQL sorğularının optimallaşdırılması və verilənlər bazası performansının artırılması üzrə praktiki biliklər;
- ETL prosesləri və məlumat modelləşdirilməsi üzrə biliklər;
- Python və ya R proqramlaşdırma dillərindən ən azı biri üzrə iş təcrübəsi;
- Power BI, Tableau və ya digər BI alətləri ilə işləmək bacarığı;
- Git və ya digər versiyaya nəzarət sistemləri ilə işləmək bacarığı üstünlük hesab olunur;
- Analitik düşüncə, problem həll etmə və komanda ilə işləmək bacarığı;
- Məsuliyyətlilik, nəticəyönümlülük və öyrənməyə açıq olmaq.
A 

Azərpoçt MMC
Nəqliyyat və anbar təsərrüfatı
Ölkənin yeganə milli poçt operatoru “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti hazırda respublika ərazisində geniş xidmət şəbəkəsinə malik olmaqla, əhalinin bütün təbəqələrinə, eləcə də hüquqi şəxslərə…