YB Yelo BankYelo Bank

Proses analitik (Corezoid analyst)

Bakı 2 ay əvvəl yerləşdirilib Mənbə
Aylıq maaş
Maaş göstərilməyib
Son müraciət tarixi
14 iyun 2026
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

Təsvir

  • Corezoid platformasında iş axınlarının layihələndirilməsi, tətbiqi və optimallaşdırılması
  • Şirkətin daxili və xarici sistemləri arasında əlaqə yaratmaq və məlumatların emalını avtomatlaşdırmaq
  • Qərar qəbul etmə proseslərini sadələşdirmək və iş axınlarını təkmilləşdirmək üçün low-code həllər yaratmaq
  • Biznes proseslərinin avtomatlaşdırılması və alqoritmləşdirilməsi
  • Corezoid platformasında mövcud proqram təminatının funksionallıqlarının dəstəklənməsi
  • Yeni proseslərin işlənib hazırlanmasında və təkmilləşdirilməsində iştirak edilməsi
  • Yeni tətbiq olunan proqramların ilkin test edilməsi, səhvlərin müəyyən olunması və düzəlişlərin icra edilməsi
  • Test zamanı aşkar edilmiş səhvlərin düzəldilməsi və tətbiqin keyfiyyətinin artırılması
  • Yeni proqram tətbiqində layihə qruplarında iştirak edilməsi və layihə üzrə tapşırıqların icrası
  • Yeni tətbiq olunan proqramlar üçün texniki sənədlərin hazırlanmasında iştirak edilməsi
  • İT, İT təhlükəsizlik və parol siyasətinə uyğun fəaliyyət göstərilməsi
  • Daxili prosedurlara uyğun olaraq bank proqramına yeni funksiyaların əlavə edilməsi və yeni modul və proqramların yaradılmasında iştirak edilməsi
  • Məlumat bazası və servislərdən istifadə edərək daxili tələblərə uyğun proseslərin və düzəlişlərin icrasının təmin edilməsi


Tələblər

  • İnteqrasiya və API anlayışlarına dair əsas biliklər
  • Hər hansı bir proqramlaşdırma dilində təməl biliklərə sahib olmaq
  • Bank sektorunda təcrübə arzuolunandır
  • JavaScript dilində ilkin biliklər arzu olunandır
  • UML (Unified Modeling Language) modelini başa düşmək və tətbiq etmək bacarığı
  • RESTful API-lərlə işləmək, JSON və Webhooks formatlarında məlumat mübadiləsi ilə tanışlıq
  • Detallara fokuslanma bacarığı
  • Problem və vəziyyətləri təhlil edərək düzgün nəticəyə gəlmə bacarığı
  • Komanda daxilində koordinasiya və əməkdaşlıq bacarığı
  • Aydın və səlis ünsiyyət qurma qabiliyyəti
  • Yeni bilik və bacarıqları mənimsəmək və təşəbbüs göstərmək
  • Problem həll etmə bacarığı


YB Yelo Bank
Yelo Bank

Biz yeniliklərə açıq peşəkar komanda ilə əhalinin və sahibkarların bank təcrübələrini yeniləmək üçün çalışırıq. Müştərilərimizlə birgə Azərbaycanda maliyyə xidmətlərinə yeni imkanlar və ideyalar…

Oxşar vakansiyalar

Hamısına bax
Müraciət et