PRE
Aylıq maaş
Maaş razılaşma yolu ilə
- İş rejimi
- Tam ştat
- Kateqoriya
- Maliyyə
Vəzifə haqqında
Təsvir
- Bütün fit-out və tikinti (civil) işlərinə nəzarət edərək spesifikasiyalara və standartlara uyğunluğunu təmin etmək
- Sahədə görülən işlər və istifadə olunan materiallar üzrə mütəmadi keyfiyyət yoxlamaları və auditlər aparmaq
- Metod bəyanatlarını (method statements), yoxlama və sınaq planlarını (ITP-lər) və material təqdimatlarını (submittals) nəzərdən keçirmək və təsdiqləmək
- Uyğunsuzluqları (non-conformities) müəyyən etmək və düzəldici və qabaqlayıcı tədbirlərin icrasını izləmək
- Ətraflı QA/QC sənədlərini hazırlamaq və saxlamaq: yoxlama hesabatları, jurnallar, NCR-lər və yoxlama siyahıları (checklists)
- Layihənin keyfiyyət planlarının və prosedurlarının sahədə tətbiq olunmasını təmin etmək
- Keyfiyyət məqsədlərinə nail olmaq üçün sahə mühəndisləri, konsultantlar və podratçılarla koordinasiya etmək
- Bütün keyfiyyətlə bağlı məsələlər və yeniliklər üzrə QA/QC menecerinə hesabat vermək
- Yüksək səviyyəli fit-out işlərinin düzgün icrası üçün texniki dəstək və rəhbərlik göstərmək
- Layihənin təhvil verilməsi, snaggings və yekun yoxlamalar üçün sənədləşməni dəstəkləmək
Tələblər
TƏLƏB OLUNAN BİLİK VƏ BACARIQLAR
Təhsil:
- İnşaat mühəndisliyi, Memarlıq və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi
Xüsusi ixtisaslaşma sahələri:
- Yüksək səviyyəli fit-out layihələrində QA/QC (keyfiyyət təminatı və keyfiyyətə nəzarət)
- Materialların yoxlanılması və qəbul edilməsi
- Keyfiyyət standartları və tələbləri
İş təcrübəsi:
- QA/QC sahəsində minimum 3–5 il iş təcrübəsi
- Xüsusilə yüksək səviyyəli fit-out layihələrində təcrübə üstünlükdür
Dil və kompüter bilikləri (Microsoft Office):
- MS Office proqramları
- AutoCAD
- QA/QC sənədləşmə və idarəetmə alətləri
- Azərbaycan dili üzrə sərbəst danışıq
- İngilis dili üzrə yaxşı səviyyə
XÜSUSİ TƏLƏBLƏR
- Beynəlxalq və yerli keyfiyyət standartları üzrə güclü bilik
- Detallara diqqətli, güclü sənədləşmə və analitik bacarıqlar
- Yüksək məsuliyyətlə müstəqil işləmək bacarığı
- Yüksək təzyiqli və sürətli iş mühitində işləməyə uyğunluq