ADY
Azərbaycan Dəmir Yolları
Qatar tərtibatçısı (Biləcəri)
Aylıq maaş
Maaş razılaşma yolu ilə
- İş rejimi
- Tam ştat
Vəzifə haqqında
Təsvir
- Qatarların tərtib olunması, tərkiblərin dağıdılması, vaqonların açılması və qoşulması üzrə manevr işlərini yerinə yetirmək;
- Vaqonların yükləmə-boşaltma məntəqələrinə və xüsusi təyinatlı yollara verilməsini təmin etmək;
- Stansiya ərazisində manevr işlərini təhlükəsiz və müəyyən edilmiş qaydalara uyğun həyata keçirmək;
- İnsanlarla tutulu, əndazəli və təhlükəli yüklərlə yüklənmiş vaqonlarla manevr işlərini xüsusi ehtiyatla icra etmək;
- Vaqonların düzgün qoşulmasını, bərkidilməsini və hərəkət təhlükəsizliyi tələblərinə uyğunluğunu yoxlamaq;
- Manevr rəhbəri qismində manevr işlərinin düzgün və təhlükəsiz yerinə yetirilməsini təmin etmək;
- Yükləmə və boşaltma işləri aparılan vaqonlarla manevr zamanı məsul şəxsin razılığı əsasında hərəkət etmək;
- Stansiyanın texniki-sərəncam aktının tələblərinə uyğun olaraq vaqonların avtotormozlarını qoşmaq və tormoz başmaqları ilə bərkitmək;
- Qatar heyətinin və vaqonların etibarlı bərkidilməsini, tormoz başmaqlarının istifadəsini və yoldəyişənlərin düzgün vəziyyətini təmin etmək;
- Manevr işləri zamanı hərəkət təhlükəsizliyi, siqnalizasiya və əməyin mühafizəsi qaydalarına riayət etmək.
Tələblər
- Ümumi təhsil;
- Növbəli iş rejimi;
- Dəmiryolunun texniki istismar qaydaları, İşarəvermə təlimatı, Qatarların hərəkəti və manevr işinə dair təlimat üzrə biliklər;
- Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları üzrə məlumatlılıq;
- Diqqətlilik, şifahi ifadə bacarığı, peşəkar ehtiyatlılıq.