PC Prime CottonPrime Cotton

Qaynaqçı (Şirvan)

Şirvan 7 saat əvvəl yerləşdirilib Mənbə
Tam ştat Mühəndislik
Aylıq maaş
Maaş göstərilməyib
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

Təsvir

  • Müəssisənin sex və sahələrində gündəlik tələbat üzrə qaynaq işlərini icra etmək;
  • Elektrik və qaz qaynaq aparatlarını işə hazır vəziyyətə gətirmək, sazlığını yoxlamaq və təhlükəsizlik qaydalarına riayət etmək;
  • Müxtəlif qaynaq növlərində (elektrik, qaz və s.) işləri dəqiq və keyfiyyətlə yerinə yetirmək;
  • Preslərin əsas vallarında yeyilən detalların bərpası və lazımi ölçüyə gətirilməsi üzrə qaynaq işlərini aparmaq;
  • İş planına uyğun olaraq avadanlıqların, alətlərin və materialların düzgün istifadəsini təmin etmək;
  • Qaynaq üçün tələb olunan materialların ölçü, növ və keyfiyyət uyğunluğunu müəyyənləşdirmək və yoxlamaq;
  • İş sahəsində yanğın və digər potensial təhlükələri müəyyənləşdirərək qabaqlayıcı tədbirlər görmək;
  • İş sahəsini təmiz və təhlükəsiz vəziyyətdə saxlamaq, iş bitdikdən sonra avadanlıqları cərəyandan ayırmaq;
  • Qurğuların, alətlərin və avadanlıqların düzgün saxlanılmasına nəzarət etmək;
  • Günlük iş planına və qaynaq prosedurlarına riayət etmək;
  • Görülmüş işlərlə bağlı rəhbərliyə vaxtında hesabat təqdim etmək.


Tələblər

  • Qaynaq sahəsində peşəkar bilik və praktiki bacarıq;
  • Müvafiq sahədə ən azı 2 il iş təcrübəsi (sənaye və ya iri müəssisədə təcrübə üstünlükdür);
  • Əməyin mühafizəsi, texniki təhlükəsizlik və yanğından mühafizə qaydalarını bilmək və əməl etmək;
  • Məsuliyyətli, dəqiq, intizamlı və çevik olmaq;
  • Növbəli iş rejimində işləmək imkanına malik olmaq;
  • İş prosesində verilən avadanlıqlara görə maddi məsuliyyət daşımaq;
  • Kommersiya sirri və müəssisə ilə bağlı məlumatların məxfiliyini qorumaq.


PC Prime Cotton
Prime Cotton
Emal sənayesi

Prime Cotton has more than 25 years of experience in Azerbaijan’s non-oil economy. We are growing, and stockpiling cotton in 15 out of 20 cotton cultivating regions of the country with further…

Oxşar vakansiyalar

Hamısına bax
Müraciət et