Metronet MMC Qəbulçu (Resepşn)
Vəzifə haqqında
Vəzifə öhdəlikləri:
Şirkətə gələn qonaq və müştəriləri qarşılamaq, yönləndirmək.
Daxil olan telefon zənglərini qəbul etmək, aidiyyəti şəxslərə yönləndirmək.
Daxil və xaric olan məktubların, sənədlərin və bağlamaların qeydiyyatını aparmaq.
Ziyarətçilərin qeydiyyat jurnalında və ya elektron sistemdə qeydiyyatını aparmaq.
Görüşlərin və qəbul saatlarının planlaşdırılmasını idarə etmək.
Elektron poçta daxil olan müraciətləri aidiyyəti şöbələrə yönləndirmək.
Tələblər:
Orta ixtisas və ya ali təhsil
Rus dili-əla, ingilis dili-yaxşı.
Sənədlərlə işləmə və qeydiyyat aparmaq bacarığı.
Yüksək ünsiyyət və təqdimat bacarığı.
Məsuliyyətlilik, nəzakət və punktuallıq.
Xanım namizədlərə üstünlük verilir
İş şərtləri:
İş qrafiki: Tam iş günü (5 gün), şənbə və bazar istirahət
İş yeri – Bakı şəhəri
İş saatları: 09:00-18:00
Rəqabətə davamlı əmək haqqı.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Qəbulçu (Resepşn)” yazaraq [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.
