Qeydiyyatçı
21 saat əvvəl yerləşdirilib Mənbə ↗
Kateqoriya Qonaqpərvərlik
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Vəzifə haqqında
Tələblər
- Staj: müvafiq sahə üzrə 1-3 il
- Yaş: 30 yaşdan 50 yaşadək
İş barədə məlumat:
- Qeydiyyatçı tibbi xidmətlər göstərilməsi üçün klinikaya müraciət etmiş xəstələrin qarşılanması və qeydiyyatını aparır
- Klinikaya konsultasiya xidmətləri üçün müraciət edənləri müvafiq proqramın Randevu modulunda qeydiyyata alır və konsultasiya vaxtını təyin edir
- Telefon zənglərinə cavab verir və yönləndirilməsini həyata keçirir
- Pasiyentlərə ilkin məlumatların təqdim edilməsi
- Gündəlik görüşlərin və qəbul siyahısının tərtib edilməsi
- Elektron qeydiyyat sisteminə məlumatların daxil edilməsi
- Həkimlər və digər tibbi personal ilə işin əlaqələndirilməsi
- Sənədlərin elektron və kağız daşıyıcılarda düzgün arxivləşdirilməsi
- Pasiyentlərin və onların yaxınlarının suallarına nəzakətlə cavab verilməsi və müvafiq şöbələrə yönləndirilməsi
- Rəhbərliyin verdiyi tapşırıqların yerinə yetirilməsi
- Rəhbərliyə gündəlik hesabatların təqdim edilməsi
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə tələblərinə riayət etmək
- Düzgün və sədaqətli olmaq, işdə özünü ləyaqətli aparmaq, başqalarını intizam qaydalarını pozmaqdan çəkindirmək.
İş şərtləri:
- Ərazi: Bakı
- İş qrafiki: Növbəli iş rejimi
- Əmək haqqı: 800 AZN
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini “Qeydiyyatçı” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərmələri xahiş olunur.
DKC 
Deri Kani Clinic MMC