Berlin Academy Qeydiyyatçı (Resepşn)
Vəzifə haqqında
Qeydiyyatçı (Resepşn)
Berlin Academy komandamıza qoşulmaq üçün məsuliyyətli, ünsiyyətcil və təşkilatçılıq bacarıqları yüksək olan namizəd axtarırıq.
Vəzifə öhdəlikləri:
* Akademiyaya müraciət edən tələbələrin qarşılanması və yönləndirilməsi;
* Tələbələrə kurslar və xidmətlər barədə məlumat verilməsi;
* Gələn zənglərin və mesajların cavablandırılması;
* Tələbə qeydiyyatlarının aparılması və məlumat bazasının yenilənməsi;
* Dərs qrafiklərinin və sinif otaqlarının koordinasiyasında dəstək göstərilməsi;
* Ofis daxili sənədləşmə və inzibati işlərin icrasında iştirak etmək;
* Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.
Namizədə tələblər:
* Ali təhsil;
* Azərbaycan dilində səlis danışıq və yazı bacarığı;
* İngilis və ya rus dili bilikləri üstünlükdür;
* MS Office proqramlarında işləmək bacarığı;
* Güclü ünsiyyət və təqdimat bacarıqları;
* Məsuliyyətli, operativ və komandada işləmə bacarığı;
* Müştəri yönümlü yanaşma və yüksək xidmət mədəniyyəti.
İş şəraiti:
* İş qrafiki: Bazar ertəsi – Cümə, 10:00 – 18:00;
* Şənbə və bazar günləri istirahət;
* Rahat və peşəkar iş mühiti;
İş yeri:
📍 Berlin Academy – 28 May metrosu yaxınlığı, İzzət Həmidov küçəsi
Müraciət:
Maraqlanan namizədlər CV-lərini vakansiyanın adı qeyd edilməklə [email protected] təqdim edə bilərlər.
