PL
PASHA Life

Qiymətləndirmə və portfel analizi şöbəsinin mütəxəssisi

14 saat əvvəl yerləşdirilib Mənbə: jobsearch.az ↗
Aylıq maaş
Maaş razılaşma yolu ilə
Müraciət et
Kateqoriya
Maliyyə

Vəzifə haqqında

Anderraytinq, təkrarsığorta və qiymətləndirmə departamenti,Qiymətləndirmə və portfel analizi söbəsi

Vəzifə öhdəlikləri:

  • Sığorta məhsulları üzrə tariflərin, qiymət modellərinin və aktuar hesablamaların hazırlanması və təkmilləşdirilməsi;
  • Sığorta portfelinin təhlili, zərərlilik və s. statistik göstəriciləri nəzərə alınmaqla məhsulun qiymətləndirilməsi;
  • Yeni məhsul və xidmətlərin yaradılması, mövcud məhsulların inkişaf etdirilməsi prosesində iştirak;
  • Məhsul qiymətlərinin və hesablamalarının elektron sistemlərə inteqrasiyası, test edilməsi və təkmilləşdirilməsi;
  • Təkrarsığorta üzrə şəxsi tutumun müəyyən edilməsi, ehtiyac yarandığı təqdirdə metodologiyanın təkmilləşdirilməsi
  • Sığorta müqavilələri üzrə akkumulyasiya olunmuş katastrofik risklərə münasibətdə meydana gələcək risklər üçün “PML” məbləğinin hesablanması
  • Kalkulyatorların, metodologiyaların və əlaqəli sənədlərin hazırlanması və yenilənməsi;
  • Xüsusi təhlillərin aparılması, dünya təcrübəsinin araşdırılması və nəticələrin rəhbərliyə təqdim edilməsi;
  • Aşkarlanmış audit faktları, insidentlər və açıq risklərlə bağlı tədbirlər planının verilməsini və icrasını təmin etmək
  • Buraxılmış müqavilə və əlavələr üzrə monitorinqin aparılması və nəticələri barədə məlumatlandırma;
  • Mövcud məhsulların qiymətləndirilməsi ilə bağlı digər strukturlardan daxil olan sualların cavablandırılması;
  • Risk iştahası bəyannaməsində qeyd edilən ölümün reallaşması üzrə metriklərin hesablamalarını (saya və məbləğə nəzərən) icra etmək və nəzarətdə saxlamaq.

Namizədə olan tələblər:

  • İş təcrübəsi: Sahə üzrə 1 il iş təcrübəsi tələb olunur.
  • Təhsili: Tətbiqi riyaziyyat, İqtisadiyyat, Statistika, Riyaziyyat, Kompüter elmləri, Aktuar elmləri, Maliyyə, İnformatika, Data analitika üzrə bakalavr dərəcəsi;
  • Dil bilikləri: İngilis dili:orta

Üstünlüklər:

  • Tətbiqi riyaziyyat, Statistika, Riyaziyyat, Aktuar, Data analitika üzrə magistr dərəcəsinin olması,
  • Sahə üzrə 1 ildən çox iş təcrübəsinin olması
  • Beynəlxalq və yerli aktuar imtahanlarından uğurla keçməsi
  • SQL, R, Python, MS Excel-VBA biliklərin olması

Kompüter bilikləri: MS Office:əla

Fərdi keyfiyyətlər: Nəticəyə əsaslanma; Müştəri yönümlülük; İnam yaratma; Komanda işi; Əməkdaşlıq və keyfiyyət yönümlülük; Məlumat əldəetmə; Problem həlletmə; Analitik düşüncə və problem həll etmə bacarığı.

​​​​​​​Biz nə təklif edirik:

  • Tibbi sığorta (Əməkdaşın və ailə üzvlərinin) geniş sığorta paketləri;
  • Korporativ Həyat Sığortası: Kritik xəstəliklərdən sizi təminat altına alan sığorta növü;
  • Fərdi inkişaf planı çərçivəsində təlim imkanları;
  • Ödənişsiz dayanacaq imkanının təmin olunması;
  • “Dəyərlisən” platforması vasitəsilə təqdim olunan güzəşt və endirim imkanları;
  • İdman və sağlamlıq xidmətlərindən istifadə imkanları

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Oxşar vakansiyalar

: