Fly INN Baku Qonaq xidməti üzrə agent
17 saat əvvəl yerləşdirilib Mənbə ↗
Kateqoriya Qonaqpərvərlik
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Vəzifə haqqında
Şirkət: “Hotels Qrup” MMC “FLY INN Baku” mehmanxanası
Bilməlidir:
- Azərbaycan dili, İngilis dili və Rus dili;
- Opera programı bilmək üstünlükdür.
Bacarmalıdır:
- Ünsiyyət bacarığı;
- Analitik düşüncə qabiliyyəti;
- Operativlik;
- Diqqətcil olmaq;
- Məsuliyyət səriştəsinə sahib olmaq.
Xüsusi tələb:
- Satış və ya ictimaiyyətlə əlaqələrdə, tərcihən qonaqpərvərlik və ya səyahət sahəsində iş təcrübəsi
Gözlənilən davranışlar:
- Nizam-intizam;
- Stresə dözümlülük;
- Gülərüz və mehriban olmaq;
- Komanda ilə işləmək bacarığı;
- Dəyişkən iş qrafik və 3 növbəli işrejiminə uyğunlaşmaq;
- Səliqəli görünüm;
- Yeniliklərə açıq olmaq
Vəzifə öhdəlikləri:
- Mehmanxananın SOP-si nəzərə alınmaqla qonaqlara xidmət göstərmək;
- Qonaqların səyahət edəcəyi tarixlərdə tələb olunarsa onları qarşılamaq, nəqliyyatın təşkil olunmasını təmin etmək;
- Ödənişlərin həyata keçirilməsi təsdiq məlumlarının qonaqlara ötürülməsi;
- Rezervasiyalar zamanı yaranan sıxlıqları idarəetmə bacarığı;
- Rezervasiya zamanı yaranan problemlərin çevik həlli;
- Qonaqların rezervasiya ilə bağlı suallarını cavablandırmaq;
- Müvafiq hallarda qonaqlara əlavə xidmətlər və ya xüsusi paketlər barədə məlumat verməklə məlumatlandırmaq;
- Rezervasiyada dəyişiklik etməli və ya ləğv etməsi lazım olabiləcək qonaqlara dəstək vermək;
İş qrafiki:
- 3 növbəli iş rejimi (Növbəli iş qrafiki)
- Əmək haqqı: Müsahibə zamanı bildiriləcək.
- Nahar şirkət tərəfindən verilir;
- İşçilər üçün servis şirkət tərəfindən təmin edilir (Koroğlu, Binə və Mərdəkan istiqamətində);
- Ünvan: Heydər Əliyev Beynəlxalq Aeroportu.
Tələblərə uyğun nazmidlər öz CV-lərini mövzu hissəsində “Qonaq xidməti üzrə agent” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Bu vakansiya digər saytlarda da var
Ishly bütün vakansiyaları bir yerə toplayır — hər saytı ayrıca yoxlamağa ehtiyac yoxdur.
FIB 

Fly INN Baku
Mehmanxana və ictimai iaşə xidmətləri
Property Location You'll be located near of Heydar Aliyev International Airport with a stay at FLY INN BAKU, minutes from Expo Center and beach side. This 5-star hotel is within close proximity of…