SM
- Kateqoriya
- Dizayn
Vəzifə haqqında
Dizaynersən? Gəl, özünü göstər!
Sharaf Media Kreativ Agentliyi Intern (təcrübəçi) “Qrafik Dizayner” axtarır.
Öyrənməyə açıq, məsuliyyətli, zövqlü qrafik dizaynerlər öz sahələri üzrə komandamızda daha çox inkişaf edəcək!
Səndən gözləntilər:
- Sosial media postları, bannerlər, təqdimatlar və digər dizayn materiallarının hazırlanmasında iştirak etmək;
- Marka və layihələr üçün vizual ideyaların hazırlanmasına dəstək olmaq;
- Verilən tapşırıqları brend üslubuna uyğun hazırlamaq;
- Feedback-lərə əsasən düzəlişləri vaxtında etmək;
- Komanda ilə birlikdə kreativ ideyaları vizuala çevirmək.
Əgər sən:
- Photoshop və Illustrator proqramlarında işləməyi bacarırsansa;
- Dizayn trendlərini izləyirsənsə;
- Zövqlü, məsuliyyətli və öyrənməyə həvəslisənsə;
- Komanda ilə işləməyi bacarırsansa;
- Portfolio təqdim edə bilirsənsə; bu fürsət sənin üçündür!
Üstünlükdür:
- After Effects və ya motion dizayn üzrə ilkin biliklərin olması.
Bu təcrübə sənə nə qazandıracaq?
- Real markalarla işləmək imkanı;
- Portfolionu gücləndirəcək işlər;
- Agentlik mühitində dizayn prosesini öyrənmək;
- Kreativ komanda ilə çalışma təcrübəsi;
- Təcrübədən sonra komandamızda işə davam etmə şansı;
- Nəqliyyat və nahar xərclərinin agentlik tərəfindən qarşılanması.
“Sharaf Media”da ideyalar sadəcə fikir olaraq qalmır, prosesə çevrilir! Əgər sən də dizayn sahəsində ilk ciddi addımını atmaq istəyirsənsə, CV və portfolionu bizə göndər.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Email başlığı: Intern Qrafik Dizayner
Qeyd: Portfoliosuz müraciətlər nəzərdən keçirilməyəcək.