Strata Reception
Vəzifə haqqında
İş barədə məlumatlar:
Əmək haqqı: 500-600 AZN;
5 günlük iş həftəsi - 09:00-dan 18:00-dək, istirahət - şənbə və bazar günləri;
Nahar şirkət tərəfindən verilir;
Əmək müqaviləsi ilə rəsmiləşmə;
Ünvan: Bakı şəhəri, Səbail rayonu, Hacıbabayevlər küçəsi 4 C, Bayraq meydanı ilə üzbəüz.
Vəzifə öhdəlikləri:
Daxil olan telefon zənglərinin cavablandırılması və aidiyyəti işçilərə yönləndirilməsi;
Daxil olan sənədlərin qəbulu, qeydiyyatı və aidiyyatı üzrə təhvil verilməsi;
Kargüzarlıq və inzibati işlərinin aparılması və koordinasiya edilməsi;
Əməkdaşların ofis ləvazimatları ilə təmin edilməsi;
Ofisdaxili ehtiyacların müəyyənləşdirilməsi, müvafiq şirkətlərlə danışıqların aparılması və sifarişlərin edilməsi;
Ofisə gələn qonaqları qarşılanması, qeydiyyatını aparmaq və aidiyyəti şəxslərlə görüşünü təşkil edilməsi;
Rəhbərliyə və gələn qonaqlara su və çayın təklif edilməsi;
E-mail yazışmalarının və sənəd dövriyyəsinin idarə olunması;
Müvafiq sənədlərin çapa hazırlanması və imzaya təqdim edilməsi;
Sənədlərin arxivləşdirmə işlərinin aparılması;
Rəhbərliyin verdiyi digər tapşırıqların operativ şəkildə yerinə yetirilməsi.
Tələblər:
Ali təhsil;
Yaş həddi: 25-35 yaş aralığında xanımlar;
İş təcrübəsi: 1 ildən çox;
Xarici dillər: Rus dili mütləqdir, ingilis dili bilənlərə üstünlük veriləcəkdir;
MS Ofis proqramları üzrə biliklər (Word, Excel);
Ünsiyyət, təqdimat və komandada işləmə bacarığı;
Məsuliyyətli, diqqətli və operativ olmaq.
Maraqlanan şəxslər CV-lərini [email protected] elektron poçt ünvanına mövzu hissəsində “Reception” qeyd etməklə göndərə bilərlər.
