Reception / Administrator
21 saat əvvəl yerləşdirilib Mənbə ↗
Kateqoriya Qonaqpərvərlik
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Vəzifə haqqında
Padel Club 77 Bakının yeni və müasir premium padel mərkəzidir. Müştərilərimizə yüksək səviyyəli xidmət və rahat idman mühiti təqdim etməyi hədəfləyirik. Peşəkar və enerjili komandamıza qoşulacaq Reception / Administrator axtarırıq.
Vəzifə öhdəlikləri:
- Müştərilərin qarşılanması və məlumatlandırılması;
- Rezervasiyaların qəbul edilməsi və idarə olunması;
- Telefon zəngləri və WhatsApp müraciətlərinin cavablandırılması;
- Ödənişlərin qəbulu və gündəlik hesabatların aparılması;
- Klubun gündəlik fəaliyyətinin koordinasiyası.
Namizədə tələblər:
- Azərbaycan və rus dillərini sərbəst bilmək mütləqdir;
- İngilis dili biliyi üstünlükdür;
- Yüksək ünsiyyət və təqdimat bacarığı;
- Kompüter bilikləri;
- Məsuliyyətli, səliqəli və gülərüz olmaq;
- Müştəri xidməti sahəsində təcrübə üstünlükdür.
Təklif edirik:
- İş qrafiki: 2 növbə, namizədin seçimindən asılı olaraq:
- 10:00–18:00
- 18:00–00:00
- Əmək haqqı: 700 AZN + bonus;
- Gələcəkdə vəzifə və əmək haqqı artımı perspektivi;
- Müasir idman məkanında işləmək imkanı;
- İş ünvanı: 31 Babək Prospekti, Bakı;
- Google Maps: https://maps.app.goo.gl/6Mn67nBj4iSKvzQk8?g_st=ic
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
PC7
Padel Club 77