WebideaWebidea

Regional Satış və Marketinq Partnyoru / Fitxlink Azərbaycan

14 saat əvvəl yerləşdirilib Mənbə
Müştəri xidməti
Aylıq maaş
Maaş göstərilməyib
Son müraciət tarixi
1 avqust 2026
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

Fitxlink Azərbaycanda satışlara başlayır — Regional Sales & Marketing Partner axtarırıq.

Fitxlink ABŞ kökənli fitness-tech startup olaraq idman zalları, fitness klublar, pilates studiyaları, üzgüçülük mərkəzləri, spa və wellness obyektləri üçün rəqəmsal idarəetmə sistemi hazırlayır.

Məqsədimiz sadədir: fitness və wellness bizneslərinin üzv qeydiyyatı, giriş nəzarəti, ödənişlər, hesabatlar və müştəri idarəetməsini daha modern, daha sürətli və daha ölçüləbilən hala gətirmək.

Hazırda məhsul müəyyən səviyyəyə çatıb və ilk aktiv satış mərhələsinə Azərbaycan bazarından başlayırıq. Bu mərhələdə bizə sadəcə “satış edən” biri yox, bazarı tanıyan, əlaqələri olan və Fitxlink-in Azərbaycanda böyüməsində real rol oynaya biləcək Regional Sales & Marketing Partner lazımdır.

Bu rol kim üçündür?

Bu fürsət aşağıdakı profildə olan şəxslər üçün uyğundur:

  • Fitness, wellness, spa, idman, HoReCa, retail, SaaS, CRM, POS, ödəniş sistemləri və ya B2B satış sahəsində təcrübəsi olan
  • Biznes sahibləri, menecerlər və qərarvericilərlə rahat danışa bilən
  • Yeni müştəri tapmaq, görüş təyin etmək və təqdimat aparmaq bacarığı olan
  • Satış strategiyası, inandırma, follow-up və əlaqə idarəetməsi güclü olan
  • Yeni texnologiya məhsulunu bazara çıxarmaq motivasiyası olan
  • Komanda ilə birlikdə böyümək istəyən, nəticəyə fokuslanan
  • Sabit maaşdan daha çox performans və böyümə üzərindən qazanmaq istəyən

Biz nə təklif edirik?

  • Fitxlink-in Azərbaycanda ilk satış və böyümə mərhələsində birbaşa iştirak
  • Satış nəticələrinə bağlı komissiya / gəlir paylaşımı modeli
  • Seçilmiş namizədlərlə ayrıca razılaşdırılacaq uzunmüddətli partnyorluq imkanı
  • Dinamik, yenilikçi və beynəlxalq düşüncəli qurucu komanda ilə çalışma fürsəti
  • Gələcəkdə Azərbaycan xaricində regional bazarlara çıxış potensialı olan layihədə erkən mərhələdən yer alma imkanı

Bu klassik 9–6 maaşlı vakansiya deyil. Bu, bazarı anlayan və doğru əlaqələri nəticəyə çevirə bilən biri üçün daha böyük fürsət ola bilər.

Kimlər müraciət etsin?

  • Əgər Azərbaycanda fitness, wellness, xidmət sektoru və ya B2B satış sahəsində güclü əlaqələriniz varsa, biznes qərarvericiləri ilə görüşlər aça bilirsinizsə və yeni bir texnologiya məhsulunun bazara çıxmasında aktiv rol almaq istəyirsinizsə, sizinlə danışmaq istərdik.
  • Fitness sektorunu tanımaq böyük üstünlükdür, amma daha önəmlisi satış yanaşmanız, əlaqə qurmaq bacarığınız və nəticəyə fokuslanmağınızdır.

Müraciət üçün

Bu rol bizim üçün sadəcə CV üzərindən deyil, daha çox real əlaqələr, satış yanaşması və bazarı tanımaq üzərindən qiymətləndiriləcək.

Ona görə müraciət edərkən qısa şəkildə aşağıdakı məlumatları da qeyd etməyiniz xahiş olunur:

  • Fitness, wellness, HoReCa, retail, SaaS, CRM, POS, ödəniş sistemləri və ya ümumi B2B satış sahəsində təcrübəniz
  • Azərbaycanda idman zalları, wellness obyektləri və ya digər biznes qərarvericiləri ilə əlaqə səviyyəniz
  • Əvvəlki satış, partnyorluq və ya biznes inkişafı nəticələrinizdən bir nümunə
  • Fitxlink üçün ilk 30 gündə necə satış yanaşması qurardınız?
  • Komissiya / satışdan gəlir paylaşımı / partnyorluq modeli ilə çalışmağa münasibətiniz

Uyğun namizədlərlə layihə, hazırkı mərhələ və əməkdaşlıq modeli ayrıca müzakirə olunacaq.

Fitxlink — fitness biznesləri üçün daha ağıllı idarəetmə sistemi.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.

Oxşar vakansiyalar

Hamısına bax