RA Redmark AgencyRedmark Agency

Reklam üzrə mütəxəssis

Bakı 2 saat əvvəl yerləşdirilib Mənbə
Tam ştat Marketinq
Aylıq maaş
₼1,000 – 1,500
Son müraciət tarixi
25 avqust 2026
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

Redmark Agency 30+ tibb sektoru müştərisinin reklam kampaniyalarını idarə edən Ads Specialist axtarır. Namizəd Meta, TikTok və Google platformalarında kampaniyaların qurulması, optimallaşdırılması və nəticələrin hesabatlılığına tam məsuliyyət daşıyacaq.

Əsas öhdəliklər

Meta Ads (Facebook & Instagram):

  • Meta Business Suite və Ads Manager üzərindən kampaniyaların qurulması və idarə edilməsi
  • Kampaniya strukturunun düzgün qurulması (kampaniya konsolidasiyası, adset strategiyası, büdcə bölgüsü)
  • Auditoriya strategiyası: custom audience, lookalike, retargeting funnellərinin qurulması
  • Creative fatigue, frequency, CPR/CPM kimi metriklərin daimi monitorinqi və optimallaşdırma
  • A/B testlərin planlanması və nəticələrin analizi

TikTok Ads:

  • TikTok Ads Manager üzərindən kampaniyaların qurulması və idarə edilməsi
  • Platformaya uyğun kampaniya məqsədlərinin və auditoriya strategiyasının seçilməsi
  • Tibb sektoru üzrə reklam siyasətlərinin (məhdudlaşdırılmış kateqoriyalar) nəzərə alınması və rədd (rejection) hallarının həlli
  • Platformanın kreativ tələblərinə uyğun kontent istiqamətinin müəyyənləşdirilməsi

Google Ads & SEO:

  • Search, Display və Performance Max kampaniyalarının qurulması və idarəsi
  • Açar söz araşdırması, negative keyword idarəsi, keyfiyyət balının yüksəldilməsi
  • On-page SEO: meta taglar, texniki audit, sayt strukturu üzrə tövsiyələr
  • Google Business Profile optimallaşdırması
  • Google Analytics (GA4) və Search Console üzərindən performans analizi

Kontent komandası ilə əməkdaşlıq:

  • Reklam üçün hansı kontentin lazım olduğunu müəyyən edir və kontent komandasına dəqiq brief verir
  • Hər platforma üçün (Meta, TikTok, Google) düzgün format, mesaj və struktur tələblərini komandaya çatdırır
  • Performans datasına əsaslanan geri bildirim verir: hansı kreativ işləyir, hansı yenilənməlidir, niyə?
  • Kreativ rotasiya planını qurur və kontent istehsalının reklam qrafikinə uyğunluğunu təmin edir
  • Hazırlanan kontentin reklam siyasətlərinə (Meta, TikTok health policies) uyğunluğunu yayımdan əvvəl yoxlamaq

Hesabatlılıq:

  • Gündəlik və aylıq reklam hesabatlarının hazırlanması
  • Müştəri görüşlərində nəticələrin təqdim edilməsi üçün datanın hazırlanması
  • Anomaliyaların (CPL artımı, çatdırılma problemləri) vaxtında aşkarlanması və həlli

Tələblər

  • Meta Ads üzrə minimum 2 il praktiki təcrübə (real ad account-larla işləmiş olmalı)
  • TikTok Ads üzrə praktiki təcrübə
  • Google Ads və SEO üzrə praktiki bilik və təcrübə
  • GA4, Meta Pixel, TikTok Pixel, event tracking anlayışı
  • Data ilə işləmə bacarığı: CPM, CPR, ROAS, CTR, frequency kimi metrikləri oxumaq və qərar vermək
  • Brief yazma və komandalararası kommunikasiya bacarığı

Üstünlük sayılacaq

  • Tibb/sağlamlıq sektoru ilə iş təcrübəsi
  • Meta Blueprint, Google Ads və ya TikTok Academy sertifikatları
  • Notion, n8n kimi alətlərlə tanışlıq
  • İngilis dili (platforma yenilikləri və resursları izləmək üçün)

Nə təklif edirik

  • Tibb sektorunda ixtisaslaşmış agentlikdə 20+ aktiv reklam hesabı ilə real təcrübə
  • Rüblük KPİ bonusu
  • Qurulmuş proseslər və hesabat sistemləri — sıfırdan xaos yox, sistemli mühit
  • Peşəkar inkişaf və rəqbətli əmək haqqı
  • Güclü komanda mədəniyyəti — mütəmadi team building, birgə tədbirlər və dəstəkləyici iş mühiti 

Müraciət üçün CV-nizi və idarə etdiyiniz kampaniyalardan nəticə nümunələrini (screenshot və ya case) [email protected] e-poçt ünvanına "Reklam mütəxəssisi" başlığı ilə göndərin. 

Uyğun görülməyən CV-lərə geri dönüş edilməyəcək.

RA Redmark Agency
Redmark Agency

Oxşar vakansiyalar

Hamısına bax