U Unibank ASCUnibank ASC

Rəqəmsal dələduzluq ilə mübarizə bölməsinin Kiçik Mütəxəssisi

Bakı 1 ay əvvəl yerləşdirilib Mənbə
Maliyyə
Aylıq maaş
Maaş göstərilməyib
Son müraciət tarixi
3 iyul 2026
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

Təsvir

 • Kart əməliyyatları, internet və mobil bankçılıq, POS və ATM kanalları üzrə əməliyyatların real vaxt rejimində monitorinqi

• Monitorinq sistemi vasitəsilə daxil olan xəbərdarlıqların təhlili və müəyyən edilmiş prosedurlara uyğun tədbirlərin görülməsi

• Kart və digər rəqəmsal kanallar üzrə dələduzluq insidentlərinin təhlili, trendlərin və qabaqcıl təcrübələrin izlənməsi, həmçinin qabaqlayıcı tədbirlər və qayda dəyişiklikləri üzrə təkliflərin verilməsi;

• Risk göstəricilərinin müəyyən edilməsi və təkrarlanan ssenarilərin qarşısının alınması məqsədilə təkliflərin hazırlanması;

• Daxil olan müraciətlərin və şübhəli əməliyyatların təhlili, müştərilərlə kommunikasiya  Nəticələrə əsasən plana uyğun tədbirlərin həyata keçirilməsi;

• Daxili və xarici sorğuların bölmə prosedurlarına uyğun şəkildə icrası

Tələblər

• Kompüter elmləri, statistika, iqtisadiyyat, informasiya sistemləri və ya informasiya təhlükəsizliyi üzrə ali təhsil (üstünlükdür);

• Bank əməliyyatları, ödəniş sistemləri, kart texnologiyaları və rəqəmsal ödəniş alətləri üzrə biliklər;

• Bank və ya fintech sektorunda kart əməliyyatları, mobil bankçılıq və ya ödəniş məhsulları ilə bağlı təcrübə (üstünlükdür);

• İngilis dilində texniki sənədlərlə işləyə biləcək səviyyədə bilik; rus dili biliyi üstünlükdür;

• JIRA, OTRS və ya digər sorğu/tapşırıq idarəetmə sistemləri ilə iş təcrübəsi;

• SQL (Oracle) üzrə biliklər, DQL və DML sorğularını yazmaq və analiz etmək bacarığı;

• Güclü analitik düşüncə, detallara diqqət və problem həll etmə bacarığı;

• Məsuliyyətli, operativ və komanda ilə işləməyə meyilli olmaq;

• Yeni texnologiyaları və alətləri öyrənməyə həvəsli olmaq.

Daha çox Xidmət vakansiyaları üçün www.isbu.az saytına keçid edin.

U Unibank ASC
Unibank ASC

Unibank – Azərbaycanın 1992-ci ilin iyul ayında, ilkin olaraq MBank adı altında, təsis edilmiş ən iri özəl banklarından biridir. MBank ilə Azərbaycanın aparıcı banklarından biri olan PROMTEXBANK-ın…

Oxşar vakansiyalar

Hamısına bax
Müraciət et