Rəqəmsal Əlavə Dəyər Xidmətləri üzrə mütəxəssis
Təcrübə 1–3 il Kateqoriya Dizayn
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Vəzifə haqqında
Vakansiyanın təsviri
- Rəqəmsal Xidmətlər biznes istiqaməti çərçivəsində rəqəmsal məhsulların yaradılması, inkişafı və idarə olunmasında aparıcı rolun icrası.
- Aşağıdakıları əhatə edən rəqəmsal məhsul portfelinə sahiblik və onun davamlı inkişafı:
- TV və OTT məhsulları
- Əsas biznesdən kənar rəqəmsal xidmətlər
- Tərəfdaşlığa və ekosistem yanaşmasına əsaslanan məhsullar
- Azercell mobil tətbiqinin yalnız tətbiqə məxsus loyallıq məhsulları, təkliflər və funksionallıqlarla zənginləşdirilməsi, məhsul yol xəritəsinin (roadmap) müəyyənləşdirilməsi və icrasına rəhbərlik.
- Ümumi biznes məqsədləri, rəqəmsal strategiya və tərəfdaş tələbləri ilə uyğunlaşdırılmış aydın məhsul vizyonu və strategiyasının müəyyən edilməsi.
- Konsepsiya və dizayndan başlayaraq inkişaf, buraxılış və buraxılışdan sonrakı optimallaşdırmaya qədər məhsullar üzrə “end-to-end” strategiyaların qurulması, idarə edilməsi və davamlı təkmilləşdirilməsi.
- Daxili biznes bölmələri, texnologiya komandaları, marketinq, analitika, hüquq və xarici tərəfdaşlarla effektiv əməkdaşlıq modellərinin qurulması və strateji uyğunluğun, eləcə də səmərəli icranın təmin edilməsi.
- Bazar analitikası, istifadəçi ehtiyacları və data analitikasının aydın məhsul tələblərinə, user story-lərə və prioritetləşdirmə meyarlarına çevrilməsi.
- Backlog idarəçiliyi, yol xəritəsinin planlaşdırılması, buraxılışların planlanması və asılılıqların idarə edilməsi daxil olmaqla məhsul planlama fəaliyyətlərinə rəhbərlik.
- Məhsul sahibi / məhsul rəhbəri kimi texnologiya və kommersiya bölmələri arasında əsas məhsul təmsilçisi rolunda çıxış edərək inkişaf komandaları ilə gündəlik sıx əməkdaşlıq.
- İstifadəçi araşdırmaları, usability testləri və geri-bildirim mexanizmlərini məhsul inkişaf dövrünə inteqrasiya etməklə müştəriyönümlü dizayn və istifadə rahatlığının təmin edilməsi.
- Buraxılışdan sonra məhsul üzrə KPI-ların və performans göstəricilərinin monitorinqi və təhlili, müntəzəm hesabatlılıq və maraqlı tərəflərlə şəffaf kommunikasiya.
- Data əsaslı yanaşma və bazar müqayisələri əsasında məhsulun təkmilləşdirilməsi, monetizasiya və böyümə imkanlarının müəyyən edilməsi.
- Tərəfdaşlıq layihələrinin dəstəklənməsi və idarə edilməsi, o cümlədən məhsul inteqrasiyası, yol xəritələrinin uyğunlaşdırılması, kommersiya modelləri və əməliyyat hazırlığı üzrə tərəfdaşlarla koordinasiya.
- Yeni və mövcud rəqəmsal məhsullar üzrə biznes əsaslandırmalarının (business case), yüksək səviyyəli texniki-iqtisadi əsaslandırmaların və performans icmallarının hazırlanmasına töhfə.
- Məhsulların daxili proseslərə, tənzimləyici tələblərə və keyfiyyət standartlarına uyğunluğunun təmin edilməsi.
Xüsusi tələblər
- Biznesin İdarə Edilməsi, İnformasiya Texnologiyaları, Mühəndislik, İqtisadiyyat və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi.
- Rəqəmsal xidmətlər, OTT/media, telekommunikasiya və ya texnologiya yönümlü mühitlərdə məhsul idarəçiliyi, məhsul sahibliyi (product owner) və ya oxşar rollarda minimum 2 il iş təcrübəsi.
- Konsepsiya və tələblərin müəyyənləşdirilməsindən başlayaraq məhsulun buraxılışı və buraxılışdan sonrakı optimallaşdırmaya qədər “end-to-end” rəqəmsal məhsulların idarə olunması üzrə praktiki təcrübə.
- Texnologiya, marketinq, analitika, hüquq, maliyyə və xarici tərəfdaşlar daxil olmaqla çarpaz-funksional komandalarla iş təcrübəsi.
- TV və OTT platformaları, mobil tətbiqlər, əlavə dəyərli xidmətlər və ya tərəfdaşlığa əsaslanan məhsullar daxil olmaqla rəqəmsal ekosistemlər üzrə güclü anlayış.
- Biznes və istifadəçi ehtiyaclarını aydın məhsul tələblərinə, user story-lərə və prioritetləşdirilmiş backlog-lara çevirmək bacarığının sübut olunmuş olması.
- Məhsul yol xəritəsinin (roadmap) hazırlanması, KPI-ların müəyyən edilməsi və performansın izlənməsi üzrə təcrübə.
- Data əsaslı məhsul qərarları qəbul etmək bacarığı ilə güclü analitik düşüncə.
- Scrum metodologiyaları ilə tanışlıq və inkişaf komandaları ilə sıx əməkdaşlıq təcrübəsi.
- Xarici tərəfdaşlar və vendorlarla əməkdaşlıq, o cümlədən məhsul inteqrasiyası və yol xəritələrinin uyğunlaşdırılması üzrə təcrübə.
- Əla kommunikasiya və stakeholder idarəetməsi bacarıqları.
- Güclü sahiblik (ownership) düşüncə tərzi, proaktivlik və sürətli tempdə müstəqil işləmək bacarığı.
- KPI-lar, dashboard-lar və performans göstəriciləri ilə işləməkdə rahatlıq və güclü analitik bacarıqlar.
- Müştəriyönümlü düşüncə və istifadəçi əsaslı məhsul dizaynı üzrə təcrübə.
- Strateji düşüncə ilə praktiki icranı balanslaşdırmaq bacarığı.
A 
Azercell