NBCO KredAqroNBCO KredAqro

Resepşn

13 saat əvvəl yerləşdirilib Mənbə
Qonaqpərvərlik
Aylıq maaş
Maaş göstərilməyib
Son müraciət tarixi
31 iyul 2026
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

“KredAqro” Bank Olmayan Kredit Təşkilatı MMC Resepşn vəzifəsinə işçi axtarışı elan edir. 

Əsas vəzifə və öhdəliklər:

  • Ofisə gələn ziyarətçilərin qarşılanması və onlarla işin aparılması (daxili qaydalara uyğun).
  • Daxil olan telefon zənglərinin qəbulu və müvafiq şöbələrə yönləndirilməsi.
  • Daxil olan yazışmalarla iş (kağız və elektron poçt – daxili qaydalara uyğun).
  • Sənədlərlə iş.
  • Görüşlər və iclaslar üçün danışıqlar otaqlarının hazırlanması.
  • Ofis avadanlıqlarının lazımi vəziyyətdə saxlanılmasına nəzarət.
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.

Tələb olunan keyfiyyətlər:

  • Katibə, ofis-menecer, administrator, koordinator, operator və ya oxşar inzibati vəzifələrdə iş təcrübəsi üstünlükdür.
  • Telefon danışıqları aparmaq bacarığı.
  • İşgüzar yazışma bacarıqları.
  • Etiket qaydaları üzrə əsas biliklər.
  • Səlis və düzgün nitq.
  • Kompüterdən sərbəst istifadə bacarığı.
  • Rus dilini həm şifahi, həm də yazılı şəkildə yaxşı səviyyədə bilmək.

Şəxsi və peşəkar keyfiyyətlər:

  • Ünsiyyətcil olmaq.
  • Stressə davamlılıq.
  • Müştəriyönümlülük.
  • Enerjili və məsuliyyətli olmaq.
  • Punktuallıq.
  • Səlis nitq.

İş şəraiti:

  • İş qrafiki: 5/2.
  • İş saatları: 08:30 – 17:30.

Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına Subject/Mövzu hissəsində vəzifənin adını (Resepşn) qeyd etməklə göndərmələri xahiş olunur. 

NBCO KredAqro
NBCO KredAqro
Maliyyə və sığorta fəaliyyəti

KredAqro, 2000-ci ildə ABŞ –ın Beynəlxalq İnkişaf Agentliyinin Azərbaycanda Kənd Təsərrüfatının Kreditləşdirilməsi Layihəsi çərçivəsində Azərbaycanın doqquz regionunda sahibkarlara maliyyə…

Oxşar vakansiyalar

Hamısına bax