- İş rejimi
- Tam ştat
- Kateqoriya
- Qonaqpərvərlik
Vəzifə haqqında
Şirkətimizə məsuliyyətli və ünsiyyət bacarığı yüksək olan xanım əməkdaş tələb olunur.
Vəzifə öhdəlikləri:
• Gələn qonaqların qarşılanması və yönləndirilməsi
• Müştərilərin qeydiyyata alınması və məlumatlarının sistemə daxil edilməsi
• Daxil olan zənglərin cavablandırılması
• Sənədləşmə işlərinin aparılması və sənədlərin səliqəyə salınması
• Rəhbərlik və qonaqlara çay, kofe və digər içkilərin təqdim olunması
• Rəhbərlik və komanda üzvlərinə inzibati dəstəyin göstərilməsi
• Ofis daxili nizam-intizamın və iş axınının koordinasiyası
Tələblər:
• Xanım namizəd
• Azərbaycan dilində səlis danışıq (rus və ya ingilis dili arzuolunandır)
• MS Office proqramlarında səlis işləmək bacarığı
• Məsuliyyətli, punktual və səliqəli olmaq
• Müvafiq sahədə iş təcrübəsi üstünlükdür
CV-lərinizi əlaqə nömrəsinə və ya e-mail ünvanına göndərə bilərsiniz. Yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaq.
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!
Daha çox Satış vakansiyaları üçün www.isbu.az saytına keçid edin.