Rezident menecer
İş rejimi Tam ştat Təcrübə 1–3 il
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Vəzifə haqqında
Vakansiyanın təsviri
- Yaşayış kompleksində gündəlik əməliyyat proseslərinin koordinasiyası və idarə olunması;
- Rezident müraciətlərinin operativ şəkildə cavablandırılması və həllinin təmin edilməsi;
- Şikayət və təkliflərin idarə olunması, müvafiq tədbirlərin görülməsi;
- Təmizlik, texniki xidmət və digər əməliyyat sahələrinin koordinasiyası;
- Sahə əməkdaşlarının fəaliyyətinə nəzarət;
- Müntəzəm hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
- Xidmət haqları üzrə ödənişlərin düzgün və vaxtında qəbulunun təmin edilməsi;
- Rezidentlərlə idarəetmə və servis müqavilələrinin təşkil olunması və qeydiyyatı;
- Borcların sistemli şəkildə izlənməsi və idarə olunması;
- Rezident məmnuniyyətinin və xidmət keyfiyyətinin yüksək səviyyədə qorunması.
Xüsusi tələblər
- Ali təhsil (idarəetmə, xidmət sahəsi və ya əlaqəli ixtisaslar üzrə təhsil üstünlükdür);
- Müvafiq sahədə minimum 2–3 il iş təcrübəsi;
- Güclü kommunikasiya və müştəriyönümlü yanaşma;
- Operativ problem həll etmə və qərarvermə bacarığı;
- Azərbaycan, rus və ingilis dillərində sərbəst danışıq və yazı bacarığı;
- MS Office proqramlarında sərbəst işləmə bacarığı;
- 1C proqramında işləmə bacarığı (mütləqdir);
- Məsuliyyətli, təşkilatçı və stressə davamlı olmaq.
Vakansiya ilə maraqlanan namizədlər, CV-lərini mövzu hissəsində “Rezident menecer” qeyd etməklə [email protected] ünvanına göndərə bilərlər.
Sea Breeze Resort & Residences
Mehmanxana və ictimai iaşə xidmətləri
Sea Breeze Resort, Xəzər dənizinin sahilində valehedici bir kurortudur. Mülayim iqlim, dəniz və qumlu çimərliklər müasir premium infrastrukturla tamamlanır: otellər, barlar və restoranlar, yaxta və…