Risklərinin idarə edilməsi üzrə təcrübəçi
13 saat əvvəl yerləşdirilib Mənbə ↗
Kateqoriya Maliyyə
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Vəzifə haqqında
Namizədə dair gözləntilər və xüsusi tələblər:
- Ali təhsil (Maliyyə, İqtisadiyyat, Biznesin idarə edilməsi, Riyaziyyat, Statistika və ya əlaqəli sahələr üzrə);
- Dil bilikləri- Azərbaycan dili səlis, ingilis dili yaxşı səviyyədə;
- Risklərin idarə olunması üzrə 0-1 il iş təcrübəsi (sığorta şirkətlərinin birində və ya digər maliyyə təşkilatlarında təcrübəli namizədlərə üstünlük verilir;
- Kompüter bilikləri: MS Office proqramları ( yaxşı səviyyədə );
- Risklərin idarə edilməsi, maliyyə analizi və ya sığorta sahəsi üzrə keçirilmiş təlimlər üstünlükdür;
- Yaxşı ünsiyyət bacarığı, öyrənməyə həvəs və inkişaf yönümlülük.
İş haqqında məlumat:
- Risklərin idarə edilməsi proseslərində komandanın gündəlik fəaliyyətinə dəstək göstərmək;
- Hesabatların və təqdimat materiallarının hazırlanmasına kömək etmək;
- Risk göstəricilərinin monitorinqində iştirak etmək;
- Daxili prosedur və siyasətlərin araşdırılması və yenilənməsi prosesinə dəstək vermək;
- Müxtəlif bölmələrdən daxil olan məlumatların emalında iştirak etmək;
- Risklərin qiymətləndirilməsi və nəzarət tədbirləri üzrə araşdırmalarda iştirak etmək;
- Birbaşa rəhbər tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.
İş şərtləri:
- İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00);
- İş yeri: Bakı şəhəri, Akademik Həsən Əliyev küç 24
- Əmək haqqı: Namizədin bilik və bacarıqlarından asılı olaraq razılaşdırılacaqdır
- İmtiyazlar: Könüllü tibbi sığorta;
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (Risklərinin idarə edilməsi üzrə təcrübəçi) qeyd edərək, Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərilməsi xahiş olunur.
Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
Xalq Sığorta
Maliyyə və sığorta fəaliyyəti
2005-ci ildən başlayaraq "Xalq Sığorta" ASC universal sığorta şirkəti kimi uğurla öz fəaliyyətini həyata keçirir. Şirkətin daxili siyasəti sayəsində biz, sığorta bazarındakı yüksək mövqeyimizi…