AA Azərpambıq ASK MMCAzərpambıq ASK MMC

Saatlı PİEZ filialında dispetçer

Saatlı 3 saat əvvəl yerləşdirilib Mənbə
Tam ştat 3–5 il Logistika
Aylıq maaş
₼500 – 545
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

Təsvir

  • İstehsalat, təqvim planına və növbə-gün tapşırıqlarıa uyğun olaraq, müəssisə, idarə və təşkilatlarda və ya onların bölmələrində istehsalın gedişini və əsas fəaliyyətinin digər növlərini operativ tənzimləyir;
  • Müəssisə, idarə və təşkilatların və onların bölmələrinin lazımı material, konstruksiya, komplektləşdirmə məhsulları və eləcə də nəqliyyatla, yükləmə-boşaltma vasitələri ilə təmin olunmasına nəzarət edir;
  • İstehsalın gedişinə, istehsalat gücündən tam istifadə olunmasına, istehsalın ritmik hərəkətinə, hazır məhsulun təhvil verilməsinə, işin (xidmətin) yerinə yetirilməsinə, qrafikdə nəzərdə tutulan anbar və yükləmə-boşaltma əməliyyatlarının təmin edilməsinə nəzarəti həyata keçirir;
  • Sahələrdə və sexlərdə müəyyən olunmuş artıq məhsulların normasına, buraxılış normalarına və onların verilmə müddətinə riayət edilməsini təmin edir;
  • Lazım olduqda müəssisə, idarə, təşkilatların müvafiq xidmətlərini cəlb etməklə istehsalatın gedişində pozuntuların qarşısının alınması və aradan qaldırılması üçün tədbirlər görür;
  • Texnoloji avadanlıqların tam, ahəngdar işləməsi, məhsulun istehsalına sərf olunan müddətin ixtisar edilməsi üçün istehsalat ehtiyatlarını üzə çıxarır;
  • İstehsalatın operativ idarə olunması üçün texniki vasitələrdən səmərəli istifadə edilməsini təmin edir;
  • Dispetçer jurnalını aparır, istehsalın gedişi haqqında hesabat raportlarını və digər texniki sənədləri tərtib edir. Müəssisə, idarə və təşkilatların bölmələrinin fəaliyyətinin təhlil və qiymətləndirilməsində, daxili istehsalat ehtiyatlarının aşkara çıxarılmasında iştirak edir. Dispetçer xidməti operatorlarının işinə rəhbərlik edir;
  • Vəzifəsi üzrə rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirir. 


Tələblər

  • Ali təhsil;
  • Nəqliyyat vasitəsinin texniki xarakteristikasını bilməli; 
  • Texnikanın istismarı normativini bilməli; 
  • Dispetçer və yol-nəqliyyat işinin təşkilini bilməli; 
  • Məsuliyyətli, diqqətcil, operativ olmalı;
  • MS Windows, MS Office, İnternet və s. biliklər.
  • İş rejimi: 6 gün
  • Həftədə 40 saat


AA Azərpambıq ASK MMC
Azərpambıq ASK MMC

“Azərpambıq Aqrar Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti 2018-ci ildə yaradılmışdır. Cəmiyyət pambıq istehsalı, tədarükü, emalı və emaldan alınan məhsulların (pambıq mahlıcı, texniki çiyid,…

Oxşar vakansiyalar

Hamısına bax
Müraciət et