FAB Group-Omid MMCFAB Group-Omid MMC

Sabirabad və Lənkəran üzrə Bölgə Müdiri

13 saat əvvəl yerləşdirilib Mənbə: jobsearch.az ↗
İnsan resursları
Aylıq maaş
₼2,500+
Son müraciət tarixi
28 iyul 2026

Vəzifə haqqında

Böyüyən və inkişaf edən komandamıza “Sabirabad və Lənkəran ” üzrə Bölgə Müdiri axtarırıq.

İş barədə məlumat:

  • Potensial müştəriləri müəyyənləşdirmək, onlarla effektiv əlaqələr qurmaq və yeni müştərilərin cəlb edilməsi üçün rəqabətqabiliyyətli kommersiya təkliflərini hazırlayaraq rəhbərliyə təqdim etmək;
  • Məhsul və xidmətləri müştərilərə geniş və peşəkar şəkildə tanıtmaq;
  • Satış təmsilçilərindən ibarət komandanı idarə etmək, onların fəaliyyətini planlamaq, motivasiya etmək, iş keyfiyyətinə və hədəflərə çatmağa nəzarət etmək;
  • Mövcud müştəri bazasını davamlı inkişaf etdirmək və müştəri məmnuniyyətini təmin etmək;
  • Qiymət siyasətinin formalaşdırılması, satış proseslərinin təhlili və müvafiq sənədləşmənin idarə edilməsini həyata keçirmək;
  • Həftəlik və aylıq satış hesabatlarını dəqiq və vaxtında hazırlamaq;
  • Müştəri debitor borclarını effektiv idarə etmək və ödənişlərin vaxtında alınmasını təmin etmək;
  • Komanda daxilində təşkilatçılıq, planlama və nəzarət funksiyalarını həyata keçirərək iş proseslərinin düzgün və səmərəli idarə olunmasını təmin etmək.

Namizədə tələblər:

  • Şəxsi avtomobilə malik olmaq mütləqdir;
  • Yaş həddi: 25-40 yaş arası;
  • Satış sahəsində minimum 5 il iş təcrübəsi, xüsusən komanda idarəçiliyi və bölgə satış meneceri vəzifələrində təcrübə üstünlükdür;
  • Komandada işləmək bacarığı, əməkdaşları motivasiya etmə, liderlik və nəzarət qabiliyyəti;
  • Yüksək ünsiyyət və inandırma bacarığı;
  • Öz üzərində daim işləyən, inkişafa meyilli və nəticələrə fokuslanan;
  • Dəqiq, intizamlı və işinə məsuliyyətlə yanaşan;
  • Satış analizlərini aparmaq və nəticələr əsasında fəaliyyət planları hazırlamaq bacarığı;
  • Vaxtın səmərəli idarə olunması və çoxsaylı tapşırıqları prioritetləşdirmək bacarığı.

Əmək şəraiti:

  • Əmək haqqı: 2500 AZN + bonuslar (nəticəyə əsaslanan motivasiya sistemi);
  • İş rejimi: Həftənin 6 günü;
  • İş saatı: 09:00-dan 18:00-dək.

Şirkətimizin inkişafında fəal iştirak etmək və güclü komandamıza qoşulmaq istəyən, bütün bölgələrdən namizədlər öz CV-lərini mövzu hissəsində “Bölgə Müdiri” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.

FAB Group-Omid MMC
FAB Group-Omid MMC
Topdansatış və pərakəndə ticarət

Azərbaycanda inşaat mallarının topdan və pərakəndə satışı üzrə ən böyük satış mərkəzlərindən olan “OMİD” MMC 1994-cü ildən fəaliyyət göstərir. Şirkət ilk mağazasını Bakı şəhərində açıb. Topdan,…

Oxşar vakansiyalar

Hamısına bax