SBC Sea Breeze ConstructionSea Breeze Construction

Sahə elektriki

Bakı 1 həftə əvvəl yerləşdirilib Mənbə
Tam ştat 3–5 il Mühəndislik
Aylıq maaş
₼900+
Son müraciət tarixi
7 avqust 2026
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

Sea Breeze Construction-dən vakansiya: Sahə elektriki tələb olunur

Vəzifə öhdəlikləri:
– Obyektdə elektrik sistemlərinin ( kabel xətləri, paylayıcı lövhələr, acarlar, işıqlandırma və avadanlıqlar) quraşdırılması;
– Elektrik avadanlıqlarına mütamadi baxış keçirmək və texniki servis;
– Elektrik nasazlıqlarını aşkarlamaq və aradan qaldırmaq;
– Generator, transformator, şit və digər güc avadanlıqlarının iş rejiminə nəzarət etmək;
– Ərazidə calışan podratçı təşkilatların elektrik avadanlıqlarının (dəmir kəsən, dəmir əyən və qaynaq aparatları) quraşdırılması;

Namizədlərə tələblər:
– Təhsil: Müvafiq sahə üzrə ali təhsil;
– İş təcrübəsi: 3 ildən artıq müvafiq sahədə iş təcrübəsi;
– Komandada işləmək bacarığı;
– İşində ciddi, diqqətli və məsuliyyətli;

İş şərtləri:
– İş qrafiki: 6 günlük iş həftəsi
– İş yeri: Nardaran qəsəbəsi, Sea Breeze Resort & Residences.
– Nahar və nəqliyyat servisi şirkət tərəfindən təmin olunur.

Əmək haqqı:
– Başlanğıc aylıq məvacib 900 manat təşkil edir
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat

Müraciət üçün:
– Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Sahə elektriki” yazaraq [email protected] epoçt ünvanına göndərmələri xahiş olunur.
- Diqqət:
1. Yalnız vakansiya tələblərinə uyğun olan namizədlərə geri dönüş olunacaq
2. Yalnız qeyd olunmuş ünvanına gələn cv-lərə baxılacaq
3. Zəng üzərindən müraciətlər qəbul olunmur
4. Tələbələr və Part-time iş axtaranlar üçün uyğun deyil


SBC Sea Breeze Construction
Sea Breeze Construction

Oxşar vakansiyalar

Hamısına bax