Sahə memarı (Sumqayıt)
Vəzifə haqqında
İş yeri: Sumqayıt
Vəzifə öhdəlikləri
Tikinti sahəsində memarlıq layihələrinin çertyojlara və təsdiq olunmuş planlara tam uyğun icra edilməsinə nəzarət;
Layihə müəllifləri, mühəndislər və subpodratçılar arasında koordinasiyanın təmin edilməsi;
Tikinti gedişatı zamanı ortaya çıxan memarlıq xarakterli problemlərin yerindəcə operativ həlli;
Görülən işlərin keyfiyyətinə, memarlıq detallarına və materialların düzgün tətbiqinə nəzarət (müəllif nəzarəti).
Tələblər:
Ali təhsil (Memarliq üzrə);
Tikinti sahəsində ümumi olaraq 3 ildən yuxarı iş təcrübəsi;
Tikinti sahəsində zəngin iş təcrübəsi;
Memarlıq və işçi layihə çertyojlarını mükəmməl oxumaq və təhlil etmək bacarığı;
Tikinti norma və qaydalarını (TNvQ) və sahə təhlükəsizliyi qaydalarını yaxşı bilmək;
Liderlik, operativ qərarvermə və yüksək ünsiyyət qurmaq qabiliyyəti.
İş şəraiti
Əməkhaqqı: Razılaşma yolu ilə (Namizədin təcrübə və peşəkarlıq səviyyəsinə əsasən)
İş qrafiki: Tam iş günü (Tikinti sahəsi üzrə)
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Sahə Memarı Sumqayıt” [email protected] elektron poçt ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.
1996-cı ildə yarandığı gündən MCG mühəndis komandası ilə fərgli dövlət əhəmiyyətli obyektlərin tikintisi ilə məşgul olur. İşçi heyətimiz aşağıdakı sahələr üzrə xidmət göstərmək üçün təcrübəli və tam…