G Gemza GroupGemza Group

Santexnik

6 saat əvvəl yerləşdirilib Mənbə
Logistika
Aylıq maaş
Maaş göstərilməyib
Son müraciət tarixi
23 avqust 2026
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

Vəzifə öhdəlikləri:

  • Şirkətin obyektlərində su, kanalizasiya və istilik sistemlərinin quraşdırılması, təmiri və texniki xidmətinin həyata keçirilməsi

  • Santexnika avadanlıqlarında yaranan nasazlıqların diaqnostikası və aradan qaldırılması

  • Boru xətlərinin montajı, dəyişdirilməsi və profilaktik baxışlarının aparılması

  • Su təchizatı və kanalizasiya sistemlərinin fasiləsiz fəaliyyətinin təmin edilməsi

  • Texniki sənədlərin və görülmüş işlərlə bağlı hesabatların hazırlanması

  • Əməyin mühafizəsi, yanğın təhlükəsizliyi və texniki təhlükəsizlik qaydalarına riayət edilməsi

  • Qəza hallarına operativ reaksiya verilməsi və təmir işlərinin koordinasiyasında iştirak

Namizədə tələblər:

  • Santexnik kimi minimum 2 il iş təcrübəsi

  • Su, kanalizasiya, isitmə və havalandırma sistemləri üzrə biliklər

  • Texniki sxem və layihələri oxumaq bacarığı

  • Nasazlıqları analiz etmə və operativ həll etmə bacarığı

  • Fiziki cəhətdən sağlam və məsuliyyətli olmaq

  • Komandada işləmək və ünsiyyət bacarığı

  • Texniki alət və avadanlıqlardan sərbəst istifadə bacarığı

  • Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı

  • İşdə dəqiqlik, intizam və təhlükəsizlik qaydalarına məsuliyyətli yanaşma

Maraqlanan namizədlər mövzu yerində “Santexnik” yazmaqla öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər. Mövzu olmayan müraciətlər nəzərdən keçirilməyəcəklər. Yalnız uğurlu namizədlər mühasibəyə dəvət olunacaqlar.

Bu vakansiya digər saytlarda da var
Ishly bütün vakansiyaları bir yerə toplayır — hər saytı ayrıca yoxlamağa ehtiyac yoxdur.
G Gemza Group
Gemza Group

Oxşar vakansiyalar

Hamısına bax