SCORE COLLEGE MMC SAT Math Müəllimi
Kateqoriya Təhsil
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Vəzifə haqqında
Vəzifə öhdəlikləri:
- Digital SAT Math proqramı üzrə dərslərin tədrisi;
- Şagirdlərin bilik səviyyəsinin qiymətləndirilməsi və fərdi inkişaf planlarının hazırlanması;
- Mövzu izahları, praktiki tapşırıqlar və sınaq imtahanlarının təşkili;
- Şagirdlərin nəticələrinin izlənilməsi və mütəmadi hesabatların təqdim edilməsi;
- Tədris materiallarının hazırlanmasında iştirak etmək.
Tələblər:
- Riyaziyyat üzrə güclü akademik biliklər;
- SAT Math imtahan formatı və sual tipləri haqqında məlumat;
- Tədris və ya repetitorluq təcrübəsi;
- İngilis dili biliyi (ən azı B2 səviyyəsində);
- Ünsiyyət, təqdimat və motivasiya bacarıqları;
- Məsuliyyətli və nəticəyönümlü yanaşma.
Üstünlük veriləcək namizədlər:
- SAT imtahanında yüksək nəticə əldə etmiş şəxslər;
- Beynəlxalq imtahan hazırlığı sahəsində təcrübəsi olan müəllimlər;
- Riyaziyyat və ya əlaqəli ixtisas üzrə ali təhsili olan namizədlər.
İş qrafiki: Həftənin 6 günü saat 10:00-19:00;
Müraciət üçün [email protected] e-mail ünvanına və ya WhatsApp 050 699 10 10 nömrəsinə CV-nizi mövzu hissəsində “SAT Math Müəllimi” qeyd etməklə göndərin.
SC 

SCORE COLLEGE MMC