S.I.G.N LTD Satıcı (Bəy)
Vəzifə haqqında
S.I.G.N LTD MMC-dən vakansiya: Satıcı tələb olunur
Vəzifə öhdəlikləri:
– Müştərilərin gülərüz və peşəkar şəkildə qarşılanması
– Malların təqdimatı və satışın həyata keçirilməsi
– Kassa aparatında əməliyyatları düzgün icra etmək
– Nağd və POS-terminal ödənişlərini qəbul etmək
– Malların vitrində düzülüşünə nəzarət etmək
– Anbar qalığına və məhsulun son istifadə tarixinə nəzarət etmək
– Günlük hesabatların aparılması.
Namizədlərə tələblər:
– Təhsil: Ali və ya orta ixtisas təhsilli
– İş təcrübəsi: Satış sahəsində təcrübə min. 2 il
– Yaş həddi: 22 və ya üzəri
– Cins: Bəy namizədlər
– Kassa aparatı ilə işləmə bacarığı
– Azərbaycan dilində səlis danışıq.
– Əla ünsiyyət qura bilmək bacarığı.
İş şərtləri:
– İş qrafiki: 6 günlük iş həftəsi
– İş vaxtı: 09:00-dan 18:00-kimi
– İş yeri: Bakı şəhəri, Nərimanov rayonu
Əmək haqqı:
– Başlanğıc aylıq məvacib 600 manat təşkil edir
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
Müraciət üçün:
– Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Satıcı” yazaraq [email protected] epoçt ünvanına göndərmələri xahiş olunur.
- Diqqət:
1. Yalnız vakansiya tələblərinə uyğun olan namizədlərə geri dönüş olunacaq
2. Yalnız qeyd olunmuş ünvanına gələn cv-lərə baxılacaq
3. Zəng üzərindən müraciətlər qəbul olunmur
4. Tələbələr və Part-time iş axtaranlar üçün uyğun deyil
