Satınalma üzrə mütəxəssis
18 saat əvvəl yerləşdirilib Mənbə ↗
Kateqoriya Logistika
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Vəzifə haqqında
İş şəraiti
- Əmək haqqı: 800 AZN (başlanğıc əmək haqqı)
- İş yeri: Bakı şəhəri, Əhməd Rəcəbli 1/25 Elektro Mall
- İş qrafiki: Bazar ertəsi – Şənbə
- Saat 09:00 – 18:00
- Həftədə 1 gün istirahət
Vəzifə öhdəlikləri
- Günün birinci yarısında (saat 13:00-dək) mağaza sifarişlərinin verilməsi və mağaza sifarişlərinə uyğun məhsulların toplanması və hazırlanması.
- Toplanan məhsulların say, model və sənədlərlə uyğunluğunun yoxlanılması.
- Məhsulların avtomobilə düzgün və təhlükəsiz şəkildə yüklənməsində iştirak etmək.
- Günün ikinci yarısında sifarişlərin müştərilərin ünvanlarına vaxtında və təhlükəsiz çatdırılması.
- Çatdırılma zamanı qaimə və digər sənədlərin düzgün təqdim olunmasını təmin etmək.
- Təhvil-təslim prosesini şirkətin daxili qaydalarına uyğun həyata keçirmək.
- Təchizatçılardan qiymət təkliflərinin alınması və müqayisəli təhlilinin aparılması;
- Satınalma sifarişlərinin hazırlanması və icrasına nəzarət;
- Malların vaxtında və düzgün şəkildə təhvil alınmasına nəzarət;
- Avtomobilin gündəlik texniki vəziyyətinə nəzarət etmək və təmiz saxlanılmasını təmin etmək.
- Yanacaq sərfiyyatına və avtomobilin səmərəli istifadəsinə diqqət yetirmək.
- Rəhbərlik tərəfindən verilən marşrut üzrə hərəkət etmək.
- Yol hərəkəti qaydalarına tam riayət etmək.
- Şirkətin əmlakına və daşınan məhsullara məsuliyyətlə yanaşmaq.
- İş prosesi ilə bağlı rəhbərliyə operativ məlumat vermək.
Namizədə tələblər
- Yaş: 25–35
- Elektrik məhsulları üzrə məlumatlı olması əsas şərtlərdən biridir.
- Satınalma sahəsind iş təcrübəsi;
- Analitik düşünmə və danışıqlar aparmaq bacarığı;
- Məsuliyyətli, dəqiq və komandada işləmək bacarığı.
- Sürücülük vəsiqəsinin mövcudluğu əsas şərtlərdən biridir.
- BC kateqoriyalı sürücülük vəsiqəsi.
- Aktiv sürücülük təcrübəsi.
- Bakı şəhərini və əsas marşrutları yaxşı tanımaq.
- Fiziki cəhətdən aktiv olmaq və məhsul yığımı işini yerinə yetirə bilmək.
- Məsuliyyətli, dürüst və intizamlı olmaq.
- Komandada işləmək bacarığı.
- Müştərilərlə nəzakətli ünsiyyət qurmaq.
- Tapşırıqları vaxtında və dəqiq icra etmək.
- Punktuallıq və səliqəlilik.
Əlaqədar şəxs: Orxan Həsənov
- 051-777- 87- 79
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
BE 
Baku Elektrik MMC
Topdansatış və pərakəndə ticarət