N NormNorm

Satış Administrasiyası üzrə Kiçik Mütəxəssis

Bakı 15 saat əvvəl yerləşdirilib Mənbə
Tam ştat 1–3 il Satış
Aylıq maaş
Maaş göstərilməyib
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

Vakansiyanın təsviri

  • Şirkətin debitor borclarının səmərəli surətdə idarə olunmasına cavabdehlik;
  • Borcların hüquqi yolla geri qaytarılması üçün bütün qeyri-qənaətbəxş debitorlar barədə Hüquq şöbəsinə vaxtında məlumat verilməsinə cavabdehlik;
  • Kredit Komitəsi iclasının təşkili, iclas katibliyi, iclas qeydlərinin protokollaşdırılması, protokolların imzalanmış nüsxələrinin sistemdə yerləşdirilməsi və Kredit Komitəsi üzvlərinin protokollarla təmin edilməsi;
  • Kredit Komitəsi iclası üçün müştərilərin aylıq debitor borc göstəriciləri performansını və bu kimi digər əlaqədar məsələləri əks etdirən təqdimatların hazırlanması və nümayişi ;
  • Satışın İdarəolunması şöbəsi ilə əlaqədar proseslərin müvafiq prosedura uyğunluğunun monitorinqi, prosedurdan kənara çıxma hallarının izlənilməsi və hesabat təqdim edilməsi;
  • Satış şöbəsindən müştəri haqda təqdim edilən məlumat əsasında satış müqavilələrinin hazırlanması;
  • Müştərilər barədə məlumatların sistemə daxil edilməsi, dəyişdirilməsi, silinməsi və əlavə edilməsi üzrə cavabdehlik;
  • Məhsullara təyin olunan qiymətlərin, kredit xətlərin habelə daşınma qiymətlərinin sistemə daxil edilməsi, dəyişilməsi; qiymətlərin daşınma daxil və ya xaric olması üzrə fərqləndirmə cədvəlinə daxil edilməsi və dəyişdirilməsi üzrə cavabdehlik;
  • Müqavilə reyestirinin hazırlanması və imzalanmış müqavilələrin qeydiyyatın aparılması
  • Satışın İdarəolunması şöbəsinə aid prosedurların yenilənməsi və yayılmasında birbaşa iştirak;
  • Bazar araşdırması proseslərinin həyata keçirilməsində iştirak və tələb olunan müvafiq hesabatların təqdim edilməsiSənədlərin API SPEC Q1, ISO 9001, 14001, 45001 və 50001 standartlarına uyğunluğunun təmin edilməsi və illik auditlərə hazırlıq;
  • Fövqəladə vəziyyətlərdə (yanğın, zəlzələ, sel, güclü külək və s.) təxliyyə plana uyğun hərəkət etmək.
  • İş yeri: Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, Salyan şossesi, Səngərqaya-1 yolu, 7-ci km.

Xüsusi tələblər

  • Ali bakalavr təhsili (Biznesin İdarəedilməsi ixtisasına üstünlük verilir.)
  • Əlaqəli sahə üzrə 1 il iş təcrübəsi
  • MS Office proqramlarında işləmə bacarığı
  • Əla səviyyədə ingilis dili biliyi
  • SAP biliyi


Tələb olunan kompetensiyalar:

  • Müştəriyönümlülük
  • Əməyin mühafizəsi qaydalarından xəbərdar olma
  • Bütövlük
  • Yenilikçilik

Müraciət etmək üçün: [email protected]

Oxşar vakansiyalar

Hamısına bax