Satış Departamentinin Rəhbəri (Beynəlxalq Logistika)
Vəzifə haqqında
*CHINA2BAKU* beynəlxalq logistika şirkəti komandasına təcrübəli *Satış Departamentinin Rəhbəri* dəvət edir.
Təklif edirik:
* *Əməkhaqqı: 1000 AZN + bonus* (məbləğ namizədin təcrübəsinə əsasən müsahibə zamanı müzakirə oluna bilər);
* Karyera inkişafı imkanı;
* Stabil və peşəkar iş mühiti;
* Böyüyən beynəlxalq şirkətdə uzunmüddətli əməkdaşlıq.
*Diqqət! Beynəlxalq logistika sahəsində iş təcrübəsi olmayan namizədlərdən xahiş olunur müraciət etməsinlər. Yalnız bu sahədə real iş təcrübəsi olan namizədlərlə əlaqə saxlanılacaq.*
*İş yeri:* Bakı
*CV-lərinizi göndərin:*
*[[email protected]](mailto:[email protected])*
Öhdəliklər
* Satış şöbəsinin ümumi fəaliyyətini idarə etmək;
* Satış hədəflərini müəyyənləşdirmək və onların icrasına nəzarət etmək;
* Satış komandasının inkişafını və motivasiyasını təmin etmək;
* Şirkətin satış həcmini və bazar payını artırmaq;
* Rəhbərliyə mütəmadi hesabat təqdim etmək.
Tələblər
* Beynəlxalq logistika sahəsində *mütləq iş təcrübəsi*;
* Satış komandasını qurmaq və idarə etmək bacarığı;
* Satış strategiyasını hazırlamaq və həyata keçirmək;
* KPI sisteminin hazırlanması və komandanın nəticələrinin idarə olunması;
* Yeni müştərilərin cəlb edilməsi və mövcud müştərilərlə əlaqələrin inkişaf etdirilməsi;
* Güclü liderlik, təşkilatçılıq və qərarvermə bacarıqları.