Agricola.az MMC Satış Meneceri (Gübrə Sektoru üzrə)
Vəzifə haqqında
Vəzifə öhdəlikləri:
Yalnız gübrə və aqrokimya məhsulları üzrə yeni müştərilərin cəlb edilməsi və mövcud müştəri bazasının genişləndirilməsi
Fermerlərin və aqroşirkətlərin tələbatlarının öyrənilməsi, uyğun gübrə həllərinin təklif edilməsi
Satış planlarının icrası və müəyyən olunmuş hədəflərin yerinə yetirilməsi
Gübrə məhsulları üzrə bazar qiymətlərinin və tədarük imkanlarının təhlili
Müştəri məmnuniyyətinin təmin edilməsi və uzunmüddətli əməkdaşlıqların qurulması
Rəhbərliyə satış və bazar fəaliyyəti üzrə müntəzəm hesabatların təqdim edilməsi
Bazar Araşdırması və Analiz:
Gübrə bazarında rəqiblərin və məhsul çeşidlərinin təhlili
Yeni satış kanallarının və bazar imkanlarının müəyyənləşdirilməsi
Gübrə satış strategiyalarının hazırlanmasında fəal iştirak
Tələblər:
Yalnız gübrə, aqrokimya və ya kənd təsərrüfatı sektorunda satış/satınalma üzrə minimum 1–3 il təcrübə (mütləqdir)
Bəy namizədlər
Güclü ünsiyyət, təqdimat və danışıqlar aparma bacarığı
Məqsədyönlü və nəticəyönümlü iş üslubu
Nəğd və müqaviləli satış prinsiplərini bilməsi
Azərbaycan dilində səlis danışıq (rus dili üstünlükdür)
Komanda ilə işləmək bacarığı və yüksək məsuliyyət hissi
Fermer təsərrüfatları və aqroşirkətlərlə iş təcrübəsi üstünlükdür
İş şəraiti:
Əmək Məcəlləsinə uyğun rəsmiləşdirilmə
Davamlı karyera inkişafı və Karyeraya uyğun əmək haqqı artımı
Əmək haqqı: Satış meneceri 1000-1200 Azn (7%-ə qədər bonus)
İş ünvanı: Bakı, Badamar plaza
Maraqlanan namizədlərdən öz CV-lərini mövzu hissəsində “Satış Meneceri” qeyd etməklə [email protected] elektron poçt ünvanına və ya 055 200 56 19 əlaqə nömrəsinə göndərməyiniz xahiş olunur.
