PAM Prime Accessories Mağazalar ŞəbəkəsiPrime Accessories Mağazalar Şəbəkəsi

Satış məsləhətçisi

21 saat əvvəl yerləşdirilib Mənbə
Müştəri xidməti
Aylıq maaş
₼600+
Son müraciət tarixi
5 avqust 2026
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

İşçilərimizin şirkət daxili karyera yüksəlişi əldə etmələri səbəbi ilə yaranmış vakansiyalarımıza və Yeni açılacaq filiallarımız üçün komanda yoldaşları axtarışındayıq, bizimlə birgə sizlər də dəyər yaratmaq istəyirsinizsə vakansiyaya müraciət edərək siz də Prime ailəsinin bir üzvü ola bilərsiniz!

Prime Accessories – yeniliklərə açıq və karyera inkişafını əsas tutan innovativ, dinamik bir şirkətdir. 

Hansı işləri görəcəksiniz:

  • Filiala daxil olan müştəriləri qarşılamaq, istəklərini öyrənmək və ona uyğun məhsullar təklif etmək;
  • Kompaniyalar haqqında müştəriyə məlumat vermək;
  • Satışı həyata keçirtmək;
  • Mağazadakı məhsullar haqqında məlumatlı olmaq, daim öyrənməyə və inkişafa meyil etmək, şirkətin təşkil etdiyi təlim və treninqlərdə iştirak etmək

Hansı super gücləriniz olmalıdır:

  • İnandırma qabiliyyəti 
  • Gülərüzlü, ünsiyyətcil 
  • Satış sahəsində iş təcrübəsi min. 2 il 
  • Xarici dil bilgisi mütləqdir ( rus və ingilis dili danışıq səviyyəsində )
  • Komandada işləmə bacarığına sahib
  • Nitq mədəniyyəti  
  • 22-30 yaş aralığı namizədlər
  • Bəy namizədlərə üstünlük veriləcək
  • Tələbələr üçün uyğun deyil 

Biz sizə nələr təklif edirik:

  • Şirkət məhsullarını endirimlə əldə etmək imkanı;
  • Partnyor olduğumuz məkanların xidmətlərindən və məhsullarından endirimlə yararlanmaq imkanı;
  • Şirkət daxili təlim və inkişaf imkanları;
  • Karyera yüksəlişi imkanı;
  • 6 günlük növbəli qrafikdə iş rejimi (10:00-18:00, 12:00-20:00, 14:00-22:00)
  • Satış sahəsində nailiyyətlərə görə əmək haqqından əlavə bonuslar.
  • Fix 600-650 Azn və faizdən ibarət əmək haqqı sistemi

Bizim komandaya necə qoşula bilərsiniz:

Əgər siz də öz potensialınıza güvənir, satış sahəsində karyera qurub inkişaf etmək istəyirsinizsə və axtardığımız namizəd məhz sizsiniz deyirsizsə sizlə tanış ola bilməyimiz üçün öz CV-lərinizi “Satış məsləhətçisi” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz. 

PAM Prime Accessories Mağazalar Şəbəkəsi
Prime Accessories Mağazalar Şəbəkəsi
Topdansatış və pərakəndə ticarət

PRİME Accessories Mağazalar Şəbəkəsi Azərbaycanda 20 ilə yaxındır ki, fəaliyyət göstərir. Dünya şöhrətli brendlərin Zeppelin, Citizen, Romanson, Seiko, Timex, Hanowa, Casio, Daniel Klein və s. qol…

Oxşar vakansiyalar

Hamısına bax