Business Service Centre LTD Satış məsləhətçisi
20 saat əvvəl yerləşdirilib Mənbə ↗
Kateqoriya Müştəri xidməti
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Vəzifə haqqında
İş şəraiti
- İş rejimi: 09:00 – 18:00
- Əmək haqqı: 600 AZN + bonus sistemi
Vəzifə öhdəlikləri:
- Müştəriləri mağazada qarşılamaq, ehtiyaclarını müəyyənləşdirmək və uyğun elektronika mallarını təklif etmək;
- Məhsullar haqqında ətraflı məlumat vermək, texniki xüsusiyyətlərini izah etmək və müqayisəli təqdimat aparmaq;
- Anbarda olan məhsullara nəzarət etmək və onların düzgün düzülüşünü təmin etmək;
- Kassaya qədər olan satış prosesini izləmək və müştəriyə dəstək göstərmək;
- Satış hədəflərinə çatmaq üçün aktiv fəaliyyət göstərmək;
- Satış göstəricilərinin artırılması istiqamətində mağaza rəhbərinin tapşırıqlarını yerinə yetirmək.
Tələblər:
- Satış və müştəri xidməti sahəsində bacarıqlar;
- Elektronika məhsulları haqqında əsas biliklər;
- Elektronika mallarının satışı sahəsində iş təcrübəsi;
- Məhsulları peşəkar şəkildə təqdim etmək və satışa yönləndirmək bacarığı;
- Aktiv, məsuliyyətli və ünsiyyətcil olmaq.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
BSC 

Business Service Centre LTD
Peşəkar, elmi və texniki fəaliyyətlər
“BSC Group” məhz bu dəyərlərə verdiyi önəmi sayəsində 1997-ci ildən hüquq, maliyyə, mühasibatlıq və insan resurları xidmətləri ilə Azərbaycanda ən tanınmış brend şirkətlərin etibarını qazanmışdır.…