G GL ASCGL ASC

Satış məsləhətçisi (Mərkəz filialı)

16 saat əvvəl yerləşdirilib Mənbə
Müştəri xidməti
Aylıq maaş
₼400+
Son müraciət tarixi
14 avqust 2026
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

“GL” ASC (Sizin Lombard) Satış məsləhətçisi (Mərkəz filialı) vəzifəsi üzrə vakansiya elan edir!

Əsas vəzifə öhdəlikləri:

  • Aktiv satışların təşkili və potensial müştərilərin cəlb olunması;
  • Kredit portfelinin keyfiyyətinə nəzarət və müştərilərlə mütəmadi əlaqə saxlanılması;
  • Müştəri müraciətlərinin qəbulu, təhlili, kredit komitəsinə təqdimatı və rəsmiləşdirilməsi;
  • Yeni kredit məhsulları və satış metodları üzrə təkliflərlə çıxış etmək;
  • Müştəri məmnuniyyətini təmin etmək məqsədilə operativ və keyfiyyətli xidmət göstərmək, daxil olan şikayət və müraciətləri yerində araşdırmaq;
  • Kreditləşmə ilə bağlı sənədlərin düzgün və vaxtında hazırlanmasını təmin etmək.

Namizəddən tələblər:

  • Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
  • Ali və ya natamam ali təhsil;
  • Yüksək ünsiyyət bacarığı və müştəriyönümlü yanaşma;
  • Fərdi və komanda ilə işləmək bacarığı;
  • Microsoft Office proqramlarında (xüsusilə Word və Excel) sərbəst işləmək bacarığı;
  • Bank və ya bank olmayan kredit təşkilatlarında, xüsusilə lombard sahəsində təcrübəsi olan namizədlərə üstünlük verilir.

İş şəraiti:

  • İş qrafiki: Bazar ertəsi – Cümə | 09:00 – 18:00

Əməkhaqqı və bonus sistemi:

  • Başlanğıc kateqoriya: 400 AZN əməkhaqqı + 800 AZN bonus = 1200 AZN
  • Yuxarı kateqoriya: 600 AZN əməkhaqqı + 1200 AZN bonus = 1800 AZN

Tələblərə uyğun olan namizədlərdən “Satış məsləhətçisi (Mərkəz filialı)” başlığı ilə CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərmələri xahiş olunur.

Yalnız tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq.

Qeyd edək ki, göndərilən CV-lər şirkətimizin məxfi məlumat bazasında saxlanılır.

Bu vakansiya digər saytlarda da var
Ishly bütün vakansiyaları bir yerə toplayır — hər saytı ayrıca yoxlamağa ehtiyac yoxdur.
G GL ASC
GL ASC
Maliyyə və sığorta fəaliyyəti

2016-cı ildən fəaliyyətə başlayan “GL” ASC müştərilərə “Sizin Lombard” brendi ilə çevik və keyfiyyətli xidmət göstərir. Bakı şəhəri və Respublikamızın bölgələrində 53 filial şəbəkəsi ilə müştərilərə…

Oxşar vakansiyalar

Hamısına bax