AF
Aylıq maaş
Maaş razılaşma yolu ilə
- Kateqoriya
- Səhiyyə
Vəzifə haqqında
İş yeri: Sumqayıt şəhəri
Vəzifə öhdəliyi:
- Satış komandasının formalaşdırılması, idarə olunması və inkişaf etdirilməsi;
- Satış nümayəndələri üzrə ərazi bölgüsünün aparılması və optimallaşdırılması;
- Satış planlarının əməkdaşlar və regionlar üzrə bölüşdürülməsi;
- Ərazi bölgüsü siyasətinin hazırlanması və tətbiqinə nəzarət edilməsi;
- Satış hədəflərinin müəyyənləşdirilməsi və yerinə yetirilməsinə nəzarət olunması;
- Satış göstəricilərinin mütəmadi təhlili və performansın qiymətləndirilməsi;
- Keyfiyyətli distribusiyanın təmin edilməsinə və satış nöqtələrinin inkişafına nəzarət edilməsi;
- Satış komandasının fəaliyyətinin koordinasiya olunması və motivasiya edilməsi;
- Dövri satış hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi;
- Satış strategiyalarının hazırlanması və tətbiqində iştirak edilməsi;
- Əvvəlcədən müəyyən edilmiş satış hədəflərinə nail olunmasının təmin edilməsi;
- Kommersiya sirri və məxfilik prinsiplərinə riayət olunması;
- İş planlarının hazırlanması və icrasına nəzarət edilməsi;
- Birbaşa rəhbər tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi;
- Əməyin mühafizəsi, təhlükəsizlik və gigiyena qaydalarına əməl edilməsi;
- Satış fəaliyyətinin qiymətləndirilməsi və təkmilləşdirilməsi prosesində iştirak edilməsi.
Namizədə tələblər:
- Ali təhsil (Biznesin idarə edilməsi, Marketinq, Menecment, İqtisadiyyat və ya digər əlaqəli ixtisaslar üzrə);
- Satış sahəsində minimum 3-5 il, rəhbər vəzifədə isə minimum 2 il iş təcrübəsi;
- Azərbaycan dili sərbəst, İngilis və Rus dilləri arzuolunandır;
- MS Office proqramlarında sərbəst işləmək bacarığı;
- Satışın idarə edilməsi, distribusiya və komanda rəhbərliyi sahəsində praktiki biliklər;
- FMCG sahəsində satış və distribusiya təcrübəsi üstünlükdür.
İş qrafiki:
- 5 günlük iş qrafiki;
- 09:00-18:00
Əmək haqqı: Namizədin bilik və bacarığına əsasən təyin edilir
Üstünlüklərimiz:
- Nahar
- Servis
- Könüllü tibbi sığorta
- Korporativ nömrə və danışıq limiti
Tələblərə cavab verən namizədlər öz CV-lərini “Satış müdiri” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.