Baku Steel Company Satış mütəxəssisi / Aparıcı satış mütəxəssisi
İş rejimi Tam ştat Kateqoriya Satış
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Vəzifə haqqında
Təsvir
İşin qısa təsviri:
Satış üzrə mütəxəssis korporativ müştərilərlə effektiv əlaqə quraraq onların ehtiyaclarını müəyyən edir, uyğun məhsul təklif edir, satış prosesini idarə edir və mövcud müştəri portfelini inkişaf etdirərək satış həcminin artırılmasını təmin edir.
Əsas vəzifə və öhdəliklər:
- Korporativ müştərilərdən daxil olan sənədləri qəbul etmək və fəaliyyətlərini araşdırmaq;
- Korporativ satış üzrə alqı-satqı müqavilələrini hazırlamaq;
- Müştərilərdən günlük, aylıq və illik sifarişləri qəbul etmək;
- Daxil olan sifarişləri ümumiləşdirərək istehsalat planlaması üçün hesabatlar hazırlamaq;
- Müştəriləri məhsullar, qiymət və keyfiyyət barədə məlumatlandırmaq;
- Məhsulların anbardan yüklənməsi üçün müvafiq sənədləri tərtib etmək;
- Yüklənən məhsulların sifarişlərə uyğunluğunu təmin etmək;
- Gündəlik satış məlumatlarını SAP sisteminə daxil etmək;
- Gündəlik, aylıq və illik satış hesabatlarını hazırlamaq və analiz etmək;
- Debitor və kreditor borclar üzrə hesabatlar hazırlamaq;
- Armatur satış bazarı üzrə məlumatları analiz etmək və yerində yoxlamalar aparmaq.
Tələblər
- Ali təhsil (İqtisadiyyat və ya uyğun sahə üzrə);
- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
- Azərbaycan və rus dillərini sərbəst bilmək (ingilis dili arzuolunandır);
- Güclü satış və ünsiyyət bacarıqları;
- Analitik düşünmə və hesabat hazırlama bacarığı;
- SAP və ya digər ERP sistemlərində işləmək təcrübəsi üstünlükdür.

Baku Steel Company
Əsası Ulu öndər Heydər Əliyev tərəfindən 2001-ci ildə qoyulan Baku Steel Company(BSC) yarandığı gündən, yeniliyi, keyfiyyəti əsas tutaraq istehsalatını daim artıraraq dünya bazarında rəqabətini…