B
Aylıq maaş
₼700+
- Kateqoriya
- Müştəri xidməti
Vəzifə haqqında
İş barədə məlumat:
- Potensial müştərilərlə effektiv əlaqələr qurmaq, onların ehtiyaclarını müəyyənləşdirmək və şirkətin müştəri bazasına cəlb edilməsini təmin etmək;
- Şirkət tərəfindən təşkil olunan təlim proqramlarında iştirak edərək məhsul və xidmətlər üzrə tələb olunan bilikləri mənimsəmək və həmin məlumatları müştərilərə peşəkar şəkildə təqdim etmək;
- Rəhbərlik tərəfindən müəyyən edilmiş aylıq fərdi satış və performans hədəflərinə nail olmaq üçün fəaliyyət göstərmək;
- Məhsul və xidmətlərin tanıtımı məqsədilə səlis, aydın və inandırıcı mətnlər hazırlamaq, həmçinin reklam və tanıtım xarakterli video çəkilişlərdə iştirak etmək;
- Görülən işlər, əldə olunan nəticələr və fəaliyyət göstəriciləri barədə gündəlik, həftəlik və aylıq hesabatlar hazırlayaraq rəhbərliyə təqdim etmək;
- Müştəri məmnuniyyətinin artırılması və şirkətin satış göstəricilərinin yüksəldilməsi istiqamətində aktiv fəaliyyət göstərmək;
- Şirkətin korporativ dəyərlərinə, daxili qaydalarına və iş standartlarına uyğun şəkildə fəaliyyətini həyata keçirmək.
Namizədə Tələblər:
- Ali təhsil üstünlükdür;
- Aktivlik, çeviklik, ünsiyyətçillik və məsuliyyətlilik;
- Effektiv kommunikasiya və təqdimat bacarığı;
- Komandada işləmək bacarığı;
- Azərbaycan dilində səlis yazmaq və oxumaq bacarığı;
- Satış üzrə minimum 1 il iş təcrübəsi.
Şərtlər:
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən işə alınma;
- İş rejimi Tam-ştat
- İş rejimi: 09:00-dan 18:00-dək;
- Həftənin 6 günü (Şənbə günü yarım iş günü);
- Bayramlar qeyri iş günü;
- Telefon danışıq xərclərinin şirkət tərəfindən ödənişi;
- Əmək haqqı 700 AZN + premiya (satış həcminə görə 1000-5000 azn);
- Perspektivli və artan vəzifə imkanı
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.