M
Miras

Satış, Qiymət Siyasəti və Bazar Araşdırılması üzrə Mütəxəssis

14 saat əvvəl yerləşdirilib Mənbə: jobsearch.az ↗
Aylıq maaş
Maaş razılaşma yolu ilə
Müraciət et
Kateqoriya
Satış

Vəzifə haqqında

İş şəraiti

  • İş yeri: Bakı şəhəri
  • İş rejimi: Tam ştat
  • Ezamiyyət: Tələb olunur
  • Əmək haqqı: Namizədin bilik, bacarıq və təcrübəsinə uyğun olaraq müəyyən ediləcək.

Əsas vəzifə öhdəlikləri

  • Yerli və beynəlxalq bazarları, rəqibləri və sektor üzrə inkişaf tendensiyalarını təhlil etmək;
  • Xarici istehsalçılar, texnologiya təminatçıları və potensial biznes tərəfdaşları üzrə bazar araşdırmaları aparmaq və əməkdaşlıq imkanlarını müəyyən etmək;
  • Yeni biznes istiqamətlərini, potensial müştəriləri və tərəfdaşları müəyyən etmək;
  • Məhsul və xidmətlər üzrə maya dəyərinin hesablanması, qiymət formalaşdırılması, marja və rentabellik analizlərini hazırlamaq;
  • Qiymət siyasətinin hazırlanmasında, təkmilləşdirilməsində və bazar qiymətlərinin monitorinqində iştirak etmək;
  • Satış göstəriciləri, bazar payı, mənfəətlilik və kommersiya nəticələri üzrə analitik hesabatlar hazırlamaq;
  • Yeni layihə və biznes təşəbbüslərinin iqtisadi və kommersiya əsaslandırılmasını hazırlamaq;
  • Kommersiya təklifləri, təqdimatlar, konsepsiyalar və rəhbərlik üçün analitik hesabatlar hazırlamaq;
  • Potensial müştəri və tərəfdaş bazasını (CRM) formalaşdırmaq və davamlı olaraq yeniləmək;
  • SWOT analizləri, bazar araşdırmaları, satış proqnozları və müştəri seqmentasiyası üzrə təhlillər aparmaq;
  • Tender, layihə və əməkdaşlıq imkanlarını davamlı monitorinq etmək;
  • Dövlət qurumları, beynəlxalq təşkilatlar və biznes tərəfdaşları ilə yazışmalar aparmaq, görüş və danışıqlarda iştirak etmək;
  • Kommersiya danışıqları və müqaviləöncəsi proseslərdə iştirak etmək;
  • Marketinq və biznes inkişafı layihələrinin hazırlanması və icrasında iştirak etmək;
  • Satış və biznes inkişafı üzrə KPI göstəricilərinin monitorinqini aparmaq;
  • Şirkəti sərgilərdə, beynəlxalq tədbirlərdə, forumlarda və işgüzar görüşlərdə təmsil etmək;
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqları icra etmək.

Tələblər

Təhsil

  • İqtisadiyyat, Biznesin idarə edilməsi, Marketinq, Maliyyə, Beynəlxalq münasibətlər, Beynəlxalq ticarət və ya digər uyğun ixtisas üzrə ali təhsil;
  • Magistr təhsili üstünlük hesab olunur.

İş təcrübəsi

  • Biznesin inkişafı, satış, kommersiya, marketinq, bazar araşdırmaları və ya strateji planlaşdırma sahəsində minimum 1-3 il iş təcrübəsi;
  • Müdafiə sənayesi, sənaye və ya B2B satış sahəsində təcrübə üstünlükdür;
  • Xarici tərəfdaşlarla əməkdaşlıq və beynəlxalq B2B layihələrində iştirak təcrübəsi arzuolunandır.

Peşəkar bilik və bacarıqlar

  • Bazar araşdırmaları və analitik təhlil metodlarını bilmək;
  • Qiymətqoyma metodları və kommersiya strategiyalarının hazırlanması bacarığı;
  • Maya dəyəri, rentabellik və satış analitikası üzrə təcrübə;
  • Biznes planlar, kommersiya təklifləri və təqdimatlar hazırlamaq bacarığı;
  • Maliyyə göstəricilərinin təhlili və analitik hesabatların hazırlanması;
  • Kommersiya danışıqları və müqaviləöncəsi proseslər üzrə biliklər;
  • MS Excel və PowerPoint proqramlarında yüksək səviyyədə işləmək bacarığı;
  • Excel (Pivot Table, Power Query, məlumat bazaları və analitik hesabatlar) üzrə yüksək bilik;
  • ERP, CRM sistemləri ilə işləmək bacarığı;
  • Power BI, Tableau və ya digər BI platformaları üzrə biliklər üstünlükdür.

Dil bilikləri

  • Azərbaycan dili – əla;
  • İngilis dili – yüksək səviyyədə;
  • Rus dili – yüksək səviyyədə.

Şəxsi keyfiyyətlər

  • Analitik və strateji düşüncə;
  • Kommersiya yönümlü yanaşma;
  • Güclü araşdırma və analiz bacarığı;
  • Yüksək ünsiyyət və təqdimat bacarığı;
  • Danışıqlar aparmaq və münasibətləri idarə etmək bacarığı;
  • Nəticəyönümlülük və təşəbbüskarlıq;
  • Məlumatlara əsaslanan qərarvermə bacarığı;
  • Komanda ilə və müstəqil işləmək bacarığı;
  • Vaxtın effektiv idarə olunması;
  • Yüksək məsuliyyətlilik və peşəkar etika.

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində "Satış, Qiymət Siyasəti və Bazar Araşdırılması üzrə Mütəxəssis" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

Oxşar vakansiyalar

: