R
Rifah Group

Satış təmsilçisi (Cəlilabad, Salyan, Şirvan)

20 saat əvvəl yerləşdirilib Mənbə: jobsearch.az ↗
Aylıq maaş
₼600+
Müraciət et
Kateqoriya
Müştəri xidməti

Vəzifə haqqında

Əlavə işçi ehtiyacı olan bölgələr: Lənkəran, Biləsuvar, Salyan, Şirvan, İmişli

Əsas Öhdəliklər və İş Təsviri:

  • Mağazaya daxil olan müştəriləri gülərüzlə qarşılamaq və onlara yüksək səviyyədə xidmət göstərmək;
  • Müştərilərin ehtiyaclarını müəyyən edərək onlara uyğun məhsulları təklif etmək və məsləhət vermək;
  • Məhsulların xüsusiyyətləri, qiymətləri və kampaniyalar barədə müştəriləri ətraflı məlumatlandırmaq;
  • Satış hədəflərinin yerinə yetirilməsini təmin etmək;
  • Mağazadakı məhsulların vitrinə nizamla düzülüşünə və təmizliyinə nəzarət etmək;
  • Komputer əməliyyatları düzgün icra etmək.

Namizədə Dair Tələblər:

  • Təhsil: Ali və ya orta-ixtisas təhsili;
  • Təcrübə: Satış sahəsində iş təcrübəsi (Təcrübəsiz namizədlər də öyrədilmək şərtilə müraciət edə bilərlər);
  • Dil bilikləri: Azərbaycan dilində mükəmməl danışıq qabiliyyəti;
  • Şəxsi keyfiyyətlər:
  • Ünsiyyətcil, pozitiv və komandada işləmək bacarığı;
  • Müştəriyönümlü yanaşma və inandırma qabiliyyəti;
  • Stressə dözümlülük və aktiv iş rejimində işləmək istəyi;
  • Səliqəli və xoş xarici görünüş.

Biz Nə Təklif Edirik?

  • Azərbaycan Respublikasının Əmək Qanunvericiliyinə uyğun rəsmiləşdirmə;
  • Sabit əməkhaqqı və fəaliyyətə əsaslanan Faiz/Bonus sistemi;
  • Karyera yüksəlişi və şəxsi inkişaf imkanları;
  • Şirkət daxili təlimlər.

Maraqlanan namizədlərdən öz CV-lərini mövzu hissəsində "Satış Təmsilçisi" qeyd edərək Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərmələri xahiş olunur.

Oxşar vakansiyalar