Satış təmsilçisi-Şəki
Vəzifə haqqında
Əsas vəzifə öhdəlikləri:
Müştərilərə Azercell nömrələrinin və xidmətlərinin təqdim olunması və satışı;
Müştəriyə nömrə seçimi və tariflər barədə ətraflı məlumat vermək;
Müştərilərlə mehriban və peşəkar ünsiyyət qurmaq;
Satış planının icrası və aylıq hədəflərə çatmaq;
Müştəri məlumatlarını düzgün və tam şəkildə sistemə daxil etmək;
Şirkət qaydalarına uyğun sənədləşməni aparmaq;
Mövcud və yeni kampaniyalar haqqında məlumatlı olmaq və müştərilərə təklif etmək;
Müştəri məmnuniyyətini təmin etmək və yaranan sualları cavablandırmaq;
Satış sonrası dəstəyi təmin etmək (məs: aktivləşmə, texniki yönləndirmə);
Rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.
Tələblər:
Ali və ya orta ixtisas təhsili;
Satış və ya müştəri xidməti sahəsində iş təcrübəsi arzuolunandır;
Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı;
Yüksək ünsiyyət və təqdimat bacarıqları;
Müştəriyönümlü və nəticəyönümlü yanaşma;
Komandada işləmək bacarığı;
Kompüter bilikləri (MS Office proqramları ilə işləmək bacarığı);
Məsuliyyətli, intizamlı və operativ olmaq;
Satış hədəfləri ilə işləmək bacarığı.
Əmək haqqı: Namizədin bilik və bacarıqlarına əsasən təyin ediləcəkdir.
İş qrafiki: 6 günlük iş qrafiki.
İş yeri: Şəki şəh.
Uyğun namizədlər CV fomalarını [email protected] poçt ünvanına mövzu hissəsində “Satış təmsilçisi (Şəki)” adını qeyd edərək göndərə bilərlər.
My Group Holdingin tərkibində fəaliyyat göstərən şirkətlər: MyShops Azərbaycanda mobil və elektron avadanlıqların satışı üzrə liderlərdən biridir. Şirkətimizin təklif etdiyi məhsulların keyfiyyəti…