Satış üzrə Aparıcı Mütəxəssis
İş rejimi Tam ştat Təcrübə Təcrübəsiz Kateqoriya Satış
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Vəzifə haqqında
Əsas vəzifə öhdəlikləri
- Satış prosesinin təşkili və effektiv idarə olunması;
- Mövcud müştərilərlə uzunmüddətli əməkdaşlıq əlaqələrinin qorunması və yeni müştərilərin cəlb edilməsi;
- Satış planlarının vaxtında və keyfiyyətlə icrasının təmin edilməsi;
- Müştəri sorğularının operativ və peşəkar şəkildə cavablandırılması;
- Satış göstəricilərinin təhlili və rəhbərliyə mütəmadi hesabatların təqdim edilməsi.
Namizədə tələblər
- Ali təhsil (bakalavr dərəcəsi);
- Satış sahəsində minimum 3 il iş təcrübəsi;
- Azərbaycan dilində səlis şifahi və yazılı ünsiyyət bacarığı (rus və ya ingilis dili biliyi üstünlükdür);
- MS Office proqramlarını, xüsusilə Excel proqramını sərbəst səviyyədə bilmək;
- Güclü ünsiyyət, təqdimat və danışıqlar aparmaq bacarığı;
- Komandada işləmək bacarığı;
- Səliqəli xarici görünüş və peşəkar davranış;
- Verilən tapşırıqları vaxtında, məsuliyyətlə və keyfiyyətlə yerinə yetirmək bacarığı.
Əmək haqqı:1400 AZN
Maraqlanan namizədlərdən CV-lərini [email protected] elektron poçt ünvanına, mövzu hissəsində "Satış üzrə Aparıcı Mütəxəssis" qeyd etməklə göndərmələri xahiş olunur.
GI
Global invest