PC Park CinemaPark Cinema

Satış üzrə Promouter (qadın)

Bakı 4 saat əvvəl yerləşdirilib Mənbə
Tam ştat Təcrübəsiz Satış
Aylıq maaş
₼400+
Son müraciət tarixi
28 avqust 2026
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

Park Cinema kinoteatrlar şəbəkəsi satış komandasını genişləndirir. İnsanlarla ünsiyyət qurmağı sevən, aktiv həyat tərzinə malik və nəticəyönümlü əməkdaşları komandamıza dəvət edirik. Bu vəzifədə əsas məqsəd xüsusi kampaniya paketlərinin təqdimatı, yeni müştərilərin cəlb edilməsi və satış hədəflərinin həyata keçirilməsidir.

Vəzifə öhdəlikləri:

  • Şəhərin müxtəlif nöqtələrində potensial müştərilərlə ünsiyyət qurmaq;
  • Xüsusi kampaniya paketlərinin təqdimatı və satışı;
  • Mövcud kampaniya və aksiyalar haqqında müştərilərin məlumatlandırılması;
  • Satış planının yerinə yetirilməsi;
  • Yeni müştərilərin cəlb edilməsi;
  • Müştərilərdən gələn sualların cavablandırılması;
  • Gündəlik satış nəticələri üzrə hesabatların təqdim edilməsi;
  • Park Cinema brendinin müsbət imicinin formalaşdırılması.

Namizədə tələblər:

  • Aktiv və ünsiyyətcil olmaq;
  • Satış sahəsində təcrübə üstünlükdür;
  • Azərbaycan və rus dilində sərbəst danışıq (ingilis dili üstünlükdür);
  • İnsanlarla rahat ünsiyyət qurmaq bacarığı;
  • Satış və nəticə yönümlü düşüncə;
  • Səliqəli xarici görünüş;
  • Məsuliyyətli və punktual olmaq.

İş şəraiti:

  • İş qrafiki: 5/2
  • Əmək haqqı: 400 gross + bonus
  • Karyera inkişafı imkanı
  • Korporativ təlimlər

Şəxsi keyfiyyətlər:

  • Yüksək enerjili və pozitiv olmaq;
  • Güclü kommunikasiya bacarıqları;
  • Komandada işləmək bacarığı;
  • Stressə davamlılıq;
  • Təşəbbüskarlıq və nəticəyönümlülük.

Əlaqə: +994552036491

Email: [email protected]

 

PC Park Cinema
Park Cinema

Oxşar vakansiyalar

Hamısına bax