166 Xalçayuma şirkəti Satış və çağrı mərkəzi üzrə mütəxəssis (xanım)
Vəzifə haqqında
166 Xalçayuma xidmətindən vakansiya: Satış və çağrı mərkəzi üzrə mütəxəssis tələb olunur
Vəzifə öhdəlikləri:
– Qaynar xəttə daxil olan zənglərin cavablandırılması və sifarişlərin daxili sistemdə qeydiyyata alınması;
– Müştərilərin müraciətlərinin operativ və düzgün şəkildə cavablandırılması;
– Xidmətlər haqqında ətraflı məlumat vermək və müştəriləri düzgün istiqamətləndirmək;
– Müştərilər üçün satış əməliyyatlarını icra etmək və sifarişləri tamamlamaq;
– Mövcud müştərilərlə əlaqələrin qorunması və təkrar satışların təşkili;
– Satış nəticələrinin və müştəri müraciətlərinin gündəlik hesabatının aparılması;
– Müştəri məmnuniyyətinin təmin edilməsi və xidmət keyfiyyətinin yüksəldilməsinə dəstək olmaq.
Namizədlərə tələblər:
– Təhsil : Ali;
– İş təcrübəsi : 1-3 il satış sahəsində (mütləqdir);
– Cins: Yalnız xanım namizədlər;
– Dil bilikləri: Azərbaycan dili və Rus dili səlis;
– Ofis proqramı bilikləri: MS Word,MS Excel;
– Aydın və dəqiq danışıq qabiliyyəti;
– Komandada işləmə bacarığı;
– Müştərilərlə ünsiyyət qurma bacarığı.
İş şəraiti:
– İş qrafiki: 6 günlük iş həftəsi
– İş yeri: Xırdalan şəhəri
Əmək haqqı:
– Başlanğıc aylıq məvacib 700-800 manat təşkil edir (Müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq)
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
Müraciət üçün:
– Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Satış və çağrı mərkəzi üzrə mütəxəssis” yazaraq [email protected] epoçt ünvanına göndərmələri xahiş olunur.
- Diqqət:
1. Yalnız vakansiya tələblərinə uyğun olan namizədlərə geri dönüş olunacaq
2. Yalnız qeyd olunmuş ünvanına gələn cv-lərə baxılacaq
3. Zəng üzərindən müraciətlər qəbul olunmur
4. Tələbələr və Part-time iş axtaranlar üçün uyğun deyil
