MAŞ
Mətanət A Şirkətlər Qrupu
Satış və Debütor Borclar üzrə Analitik
Aylıq maaş
Maaş razılaşma yolu ilə
- İş rejimi
- Tam ştat
- Təcrübə
- career-levels.mid
- Kateqoriya
- Satış
Vəzifə haqqında
Təsvir
- Toplanmış məlumatların analizi, müxtəlif analitik təhlil və vizuallaşdırma vasitələri ilə istifadəyə yararlı məlumatlar bazası hazırlamaq;
- Statistik üsullardan istifadə edərək məlumatların təhlili satış proqnozunu və hesabatları təqdim etmək;
- Bazar və rəqiblər barədə toplanmış məlumatların müqayisəli təhlili;
- Məhsullar üzrə satış və müştəri məlumatlarının toplanması və təhlili;
- Davranış modellərinə əsasən bazarın və satışların, qiymətlərin və s. dinamikası üzrə proqnozlar tərtib etmək;
- Satış performansının monitorinqi və qiymətləndirilməsi;
- Satış hədəflərinin əməkdaşlar arasında bölgüsü;
- Rəhbərliyinə, habelə digər struktur bölmələrə aylıq, rüblük və. s. hesabatların daxili qaydalarla razılaşdırılmış müddətdə təqdim edilməsi.
Tələblər
- Təhsil: Ali
- Yaş həddi: 25-40 yaş, cins fərqi yoxdur
- İş təcrübəsi: 3 il
- Kompüter biliyi: Microsoft Office proqramları, Excel biliyi-yüksək, 1C biliyi-yüksək, Power BI-yaxşı
Dil bilikləri
- Azərbaycan dili (ana dili).
- Rus və İnglis dil biliyi üstünlükdür
Şəxsi keyfiyyətlər
- Fikrini izah etmək qabiliyyəti
- İşə planlı yanaşması
- Ünsiyyət yaratmaq bacarığı
- Stress altında işləmə və krizis vəziyyətlərini idarə etmə qabiliyyəti.
- Strateji və analitik düşüncə tərzi.
İş şəraiti
- 5 günlük iş rejimi (şənbə, bazar istirahət)
- İş saatı: 09:00-18:00
- Ünvan: Şah İsmayıl Xətai pr. 34 (Luxen Plaza)
Biz nə təklif edirik
- Rəqabətli əmək haqqı (biz bunu təcrübəniz əsasında müzakirə edəcəyik)
- Şəhərin mərkəzində ofis
- Peşəkar inkişaf üçün təlimlər və seminarlar.
- Dinamik və gənc komanda ilə iş imkanı.